Ermənilərin Qarabağdakı sirli tankı və “əjdaha”sı – Kuznetsov
05-01-2021 10:20
Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında rusiyalı politoloq və hərbi ekspert Oleq Kuznetsov bildirib.
“Yeni il tətilində fotoarxivimi araşdırarkən ötən ilin dekabrında Füzuli və Hadrutda olduğum zaman çəkdiyim bir fotosessiyaya rast gəldim. O səfərdə çəkilən çox sayda fotoşəkil arasında Ermənistanın müdafiə sənayesinin səviyyəsini və ümumiyyətlə, bu ölkənin hərbi rəhbərliyinin “Vundervaffe” haqqında fikirlərini mükəmməl xarakterizə edən dörd şəkil tapdım. Onlar Qarabağ müharibəsi cəbhəsinə göndərilən yerli erməni hərbi sənayesinin iki nümunəsini təsvir edirdi. Qarabağda VuVa-nın ilk nümunəsi Horadiz ərazisindəki Azərbaycan qoşunlarının mövqelərinə doğru yolda müharibənin ilk günlərində ermənilərin qoyub qaçdıqları bir “sirli” tank, ikincisi isə Füzulidən Hadruta gedən yolda - müstəqil hərəkət etmək bacarığını itirdiyinə görə səngərə atılmış “əjdaha” idi”, - deyə politoloq qeyd edib.
Ekspertin sözlərinə görə, bu kimi məsələlərdə praktiki təcrübəyə malik olduğuna baxmayaraq, o, sursatların hansı növ silah sistemlərinə aid olduğunu anlaya bilməyib, fotoşəkilləri mütəxəssislərə göstərmək üçün münasib vaxt üçün saxlayıb:
“Hərbi akademiyalarda və institutlarda dərs deyən, rus ordusunda mənim kimi saçını ağartmış yüksək rütbəli hərbçilərimizlə də məsləhətləşdim. Amma erməni hərbçilərinin Qarabağdakı Azərbaycan Ordusuna qarşı çıxardığı bu “möcüzəvi silahlar”dan baş açan tapılmadı. Sonda hər kəs bu “əjdahaların” və yaxud “erməni vundervaffe” nümunələrinin kustar yolla yığılmış bir maket olduğunu soylədi.
Sovet dövrünün yüngül zirehli maşınlarının üzərinə iriçaplı müxtəlif silahlar qaynaq edilir və Ermənistan müdafiə sənayəsinin “yeni nümunəsi” kimi təqdim olunur. Bunları erməni “konstruktorları” zahirən Rusiyanın 152 millimetrlik özüyeriyən “Msta-S” haubitsasına, 120 mm-lik özüyeriyən topa və “Nona-S” minaatan qurğusuna bənzədiblər. Sadə dillə desək, ermənilər bu tip “qorxunc” silah növləri ilə əlbəttə ki, Azərbaycan Ordusuna qarşı döyüşmək qabiliyyətinə malik deyildi. Bu “əjdahalar”ın əsas məqsədi guya Ermənistanda da müdafiə sənayesinin olduğunu nümayiş etdirmək və güclü ordu obrazı yaratmaq idi. Bu, bir tərəfdən də Kremlə bir ismarış idi – “Ermənistanın da “güclü” silahları var və guya İrəvan silah almaq məsələlərində Rusiyadan aslı deyil…”
Ekspert vurğulayıb ki, erməni sənayesinin bu əldəqayırma silahları “müasir” Ermənistanın texniki düşüncəsinin səviyyəsini və erməni hərbi-siyasi rəhbərliyinin öz silahlı qüvvələrinə münasibətini mükəmməl şəkildə əks etdirir:
“Onlar həqiqətən də bu “vundervaffe”nin köməyi ilə və yalnız bədnam “erməni ruhu” sayəsində yüksək texnologiyalı Azərbaycan Ordusuna bərabər şərtlərlə müqavimət göstərə biləcəklərini düşünürdülər? Əgər bu həqiqətən belədirsə, deməli, erməni milləti patoloji baxımdan xəstədir və sağalmazdır, hərbi revanş haqqında bütün söhbətlər isə psixi qeyri-sağlam insanların kollektiv cəfəngiyyatıdır”.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 05-01-2021 10:20
Baxış sayı: 4378Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)



















