Reklam
“Bu il Qarabağda müharibə yenidən qızışa bilər” - Rusiyalı hərbi ekspert
04-01-2021 14:08
Dalidag.az xəbər verir ki, belə bir proqnozla rusiyalı hərbi ekspert Aleksey Leonkov çıxış edib.
Onun sözlərinə görə, “Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağdakı münaqişə bu il gizli şəkildə davam edə bilər”. Mütəxəssis hesab edir ki, əgər müharibənin nəticələri bütün tərəfləri qane etsəydi, konflikt bitərdi. “Münaqişənin həlli böyük ölçüdə Rusiya sülhməramlılarının hərəkətlərindən asılı olacaq”, - deyə o ehtimal edib.
Sözünə davam edən hərbi ekspert deyib: “Donbas, Türkiyə və Ukraynanın Krım uğrunda əməliyyat keçirməyə çalışacağı bir yerə çevriləcək. Bu Krım yarımadası ətrafında artan gərginliyin müqəddiməsi ola bilər. Hərbi aviasiyanın rolunu pilotsuz təyyarələr həyata keçiriləcək. Dnestryanı bölgədə (Moldova - red.) isə Rusiya sülhməramlılarının varlığı münaqişəyə gətirə bilər”.
Leonkov “Rand Corporation”un 2019-cu ildə “Rusiyanın cilovlanması və ona qarşı ön tədbirlər” haqda hesabatını öz proqnozları üçün arqument qismində göstərir. Həmin sənəddə Güney Qafqaz, Orta Asiya və Dnestryanı bölgədən bəhs olunur.
Ekspert Ukraynada təlim keçmiş “diversiya qrupları”nın Belarusa nüfuz etməsini təxmin edir. Onun fikrincə, intiharçı hücumlar da baş verə bilər.musavat.com
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 04-01-2021 14:08
Baxış sayı: 4326Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar





























