Reklam
Rus əsgərin Qarabağda ŞOK SAĞLIĞI: Əziz ermənilər... - VİDEO
02-01-2021 16:02
Yeni il gecəsi sosial şəbəkələrdə Rusiya sülhməramlısının təxribatyönlü çıxışının qeydə alındığı video yayılıb.Dalidag.az xəbər verir ki, həmin videonu “Caliber” Yutub kanalı təqdim edib.
Kadrlarda öz çıxışına “əziz ermənilər” deyərək başlayan rus hərbçi erməniləri heç nədən qorxmamağa çağırdığı görünür. Onun sözlərinə görə, rusiyalı hərbçilər buranı “nizama salacaq”, “onlar ermənilərin yanındadırlar” və “xeyir mütləq şərə qalib gələcək”.
Sərxoş hərbçinin nitqindən belə məlum olur ki, “xeyir” - erməni terrorçulardır, “şər” isə Azərbaycan Ordusunun qalib əsgərləridir.
Çıxışının sonunda hərbçi erməniləri Laçına qayıtmağa çağırır və bu zaman şəhəri “Berdzor” adlandırır. Daha doğrusu, bu adı məclisdəkindən soruşaraq deyir. Hiss edilir ki, bu video bir tamaşa kimi, ermənilərin növbəti hiyləsi kimi hazırlanıb. Əlbəttə, rus əsgərlərinin onların oyununda aktiv, təlimatlı-tapşırıqlı iştirakı da göz önündədir.
Videonun sonunda ehtimal ki, intizam cəzasından qorxan hərbçi əlindəkinin içki deyil, kompot olduğunu deyir.
Şübhə etmirik ki, bu çıxışından sonra qeyri-adekvat hərbçinin Azəraycan ərazisində qalması məsələsi təkcə onun bilavasitə rəhbərliyi tərəfindən deyil, Bakı və Moskvanın müvafiq strukturlarının xətti ilə də həll olunacaq.axar.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 02-01-2021 16:02
Baxış sayı: 4364Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























