Reklam
Xankəndidə modul şəhərcik yaradılıb
21-12-2020 10:49

Xankəndidə Rusiya sülhməramlıları üçün modul şəhərciyinin tikintisi başa çatıb.
Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirib.
"Dağlıq Qarabağda Rusiya sülhməramlıları kontingentinin hərbi qulluqçularının yerləşdirilməsi üçün 250 nəfərlik modul şəhərciyin inşası başa çatıb", - xəbərdə deyilir.
Əlavə edilir ki, hazırda mühəndis avadanlığının istismara verilməsi üzrə işlər sona yaxınlaşır.
Qeyd edilir ki, şəhərciyin komplektləşdirilməsinə yaşayış qovşağı, idman zalı, zabit evi, hamam, tibb məntəqəsi, geyimin təmizlənilməsi otağı, asudə vaxt otağı, qərargah və dəftərxana, anbar, yemək otağı, mətbəx, məhsullar üçün anbar, sanitar qovşaq, silahın və mühəndis avadanlığının saxlanılması üçün otaq daxildir.
Şəhərcik şəxsi heyətə rahat həyat və məişət şəraiti yaratmağa imkan verəcək. Şəhərcik müsbət 35 dərəcədən mənfi 45 dərəcəyə hesablanıb./report
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 21-12-2020 10:49
Baxış sayı: 4334Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























