Reklam
Köhnə Tağlar insidenti: Bakı gözləməyəcək - Video
19-12-2020 13:48

Köhnə Tağlar və Çaylaqqala kəndləri ətrafında baş verən hadisə Azərbaycanın bu səfər beş il gözləməyəcəyinin və dincəlməyəcəyinin göstəricisidir.
Dalidag.az xəbər verir ki, bunu “Vesti.az”a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk bildirib.
“İki kəndin ətrafında baş verən hadisələr (Köhnə Tağlar və Çaylaqqala — red.) kartoqrafiya da daxil olmaqla, bir çox parametrlərin qeyri-səlisliyini və bulanıqlığını nümayiş etdirdi. Həmçinin, hər kəsə aydın oldu ki, Azərbaycan müvəqqəti vəziyyətə dözməyəcək və bütün Qarabağı təkcə sözdə deyil, istisnasız olaraq özünə aid bilir. Buna görə də prinsipcə burada Azərbaycan üçün mübahisəli kənd yoxdur və xəritələrdəki xətlər isə “n” qədər çəkilə bilər”, - ekspert qeyd edib.
Onun sözlərinə görə, Bakının bu sərt mövqeyi gah ortaya çıxan, gah da ərazinin xəritəsində birdən-birə yox olan “o xəttdən” də açıq şəkildə görünür:
“Bakının rəqibləri bu səbəbdən müharibəni yeniləməyə hazır deyillər. Əks təqdirdə, bu incə kartoqrafik element çəkildiyi yerdə olduğu kimi, yalnız xəritədə deyil, real tətbiqdə də qalardı”.
Trofimçukun fikrincə, “müharibə bitdi” anlayışını hər kəs anlamır və burada heç bir illüziya olmamalıdır:
“Məsələn, Azərbaycan özü hərbi fazanı bitmiş hesab etdiyini və məsələni başqa üsullarla həll etmək niyyətində olduğunu açıq şəkildə bildirib. Demək olar ki, Paşinyan istisna olmaqla, bütün Ermənistan tərəfi güc toplayaraq, yaxın gələcəkdə “itirilmiş” əraziləri “geri almağa” hazır olduğunu bəyan edir. Bu isə açıq-aşkar revanşizmdir. Prinsipcə, hadisələrin gələcək inkişafına yeganə cavabdeh olan Rusiyanın müharibəyə ehtiyacı yoxdur. Türkiyə isə Qarabağ uğurunu nəzərə alaraq, açıq şəkildə hətta müharibə yolu ilə deyil, güc faktorundan istifadə edərək irəli getməyə hazırdır. Qərb də öz növbəsində buradakı hər kəsi qarşı-qarşıya qoyaraq Qafqaz "ziyafətini" davam etdirmək istərdi, xüsusilə ABŞ və Fransadan olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan Prezidenti tərəfindən qəbul edilməsindən sonra”.axar.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 19-12-2020 13:48
Baxış sayı: 4311Yazı axını
06 / 11 / 2025
06 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
03 / 11 / 2025
03 / 11 / 2025
01 / 11 / 2025
01 / 11 / 2025
31 / 10 / 2025
30 / 10 / 2025
30 / 10 / 2025
29 / 10 / 2025
29 / 10 / 2025
28 / 10 / 2025
28 / 10 / 2025
27 / 10 / 2025
27 / 10 / 2025
26 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
23 / 10 / 2025
23 / 10 / 2025
22 / 10 / 2025
Ən çox oxunanlar




























