Reklam
Xankəndi şəhəri Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına aiddir
03-12-2020 18:35
Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına daxil olan rayonlar açıqlanıb. “Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına Xankəndi şəhəri, Şuşa, Zəngilan, Xocavənd, Xocalı, Qubadlı, Laçın, Ağdam, Cəbrayıl Füzuli və Kəlbəcər rayonları daxildir”.
Dalidag.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qarabağ Regional Ədliyyə İdarəsinin rəisi Sübhi Kazımov qurumun “Facebook” səhifəsində canlı yayımda deyib. O bildirib ki, işğal altında olan ərazilərimizdə ermənilər vandalizm hərəkətləri törədiblər:
“Bu ərazilərə qayıdış olacaq və yenidən bərpa ediləcək”.
Qeyd edək ki, ölkə başçısının Azərbaycanın işğaldan azad olunan əraziləri ilə bağlı verdiyi tapşırıqların icrası üçün Ədliyyə Nazirliyi rəhbərliyi tərəfindən yeni Qarabağ Regional Ədliyyə İdarəsi təsis edilib.
Ədliyyə Nazirliyinin təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov isə Regional Ədliyyə İdarəsinin rəisi təyin olunub.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 03-12-2020 18:35
Baxış sayı: 4570Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























