Reklam
Ekspert: Hələ sülh sazişi imzalanmayıb, ona görə... – Video
02-12-2020 11:54
Dalidag.az bu sözləri axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Laçının işğaldan azad edilməsi və bundan sonrakı siyasi proseslər haqda danışarkən deyib.
O bildirib ki, illərdir Ermənistan bizə “güzəşt” adı altında beş rayonu verib daha sonra referendumla keçmiş Dağlıq Qarabağa müstəqillik almağa çalışırdı:
“Hətta onlar yalnız bundan sonra Kəlbəcər və Laçını boşalda biləcəklərini deyirdilər. Laçının da hamısını deyil. Lakin Azərbaycan hərbi yoldan istifadə edərək bir daha sübut etdi ki, biz istədiyimiz halda işğalda olan 7 rayonu və keçmiş Dağlıq Qarabağın ərazisini geri qaytara bilərik.
Şübhəsiz, uğurlarımız danılmazdır. Tarixi bir qələbə qazandıq. Ötən gün Laçının da işğaldan azad edilməsi Azərbaycanın hərbi və diplomatik masada qələbəsinin göstəricisidir. Münaqişənin hərbi mərhələsi artıq sona çatıb. Siyasi müstəvidə mübarizəmiz davam edir. Yekun sülh müqaviləsi hələ imzalanmayıb. Bu, çox vacibdir. Çünki yekun sülh müqaviləsində bir çox məsələlər, eyni zamanda təzminat məsələsi də öz həllini tapmalıdır.
Sülhməramlılar, xüsusilə Türkiyə və Rusiya sülməramlılarının fəaliyyətini vurğulamaq lazımdır. Mütləq şəkildə türk hərbçiləri Azərbaycana gəlməli və Rusiya ilə birlikdə sülhməramlı missiyanı yerinə yetirməlidir.
Qarşıdan gələn danışıqlar prosesində də uğurun davamlı olacağını düşünürəm”.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 02-12-2020 11:54
Baxış sayı: 4278Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar





























