Reklam
Qarabağda Rusiya sülhməramlılarna Muradov başçılıq edəcək
11-11-2020 16:17
Rusiyanın Qarabağa gətirdiyi sülhməramlılara general-leytenant Rüstəm Muradov rəhbərlik edəcək.Dalidag.az xəbər verir ki, Rüstəm Muradov 1973-cü ildə Dərbəndin Çinar kəndində anadan olub. Onun əsli Tabasaran rayonunun Xanak kəndindəndir. Bəzi mənbələr Muradovun milliyətcə azərbaycanlı, bəziləri isə tabasaranlı olduğunu bildirir.
Muradov 1990-cı ildən hərbi xidmətdədir. Şərq Hərbi Dairəsində xidmətlərinə görə o, 2012-ci ildə general-mayor rütbəsi alıb.
O, 2015-2017-ci illərdə 41-ci ordunun Baş Qərargah rəisi təyin edilib. 2016-cı ildə isə Donbasdakı Rusiya-Ukrayna Atəşkəs Məsələlərinə Nəzarət və Koordinasiya Mərkəzində Rusiyanın təmsilçisi olub. Buradan 2017-ci ildə Suriyaya göndərilən Muradov göstərdiyi xidmətə görə Rusiya Qəhrəmanı adına layiq görülüb.
2018-ci ildə isə o, Cənub Hərbi Dairəsinin rəhbərinin müavini təyin edilib. Məhz burada ona general-leytenant rütbəsi verilib.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 11-11-2020 16:17
Baxış sayı: 4602Yazı axını
28 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
26 / 09 / 2026
25 / 09 / 2026
24 / 09 / 2026
22 / 09 / 2026
22 / 09 / 2026
21 / 09 / 2026
20 / 09 / 2026
19 / 09 / 2026
18 / 09 / 2026
18 / 09 / 2026
Ən çox oxunanlar




























