Müharibə ssenarisi: Hər şey bu tarixdə bitəcək - Kuznetsov
02-11-2020 14:49
Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında rusiyalı tarixçi-qafqazşünas Oleq Kuznetsov deyib.
“Hərbi peşəkarların “dqr”in “müdafiə ordusu”nun son günlərini yaşadığına dair bir şübhəsi yoxdur. Azərbaycan Ordusunun Qırmızı bazardakı uğurları o qədər təsirlidir ki, əlavə qüvvə gələn kimi Şuşaya baş hücum başlana bilər. Bundan sonra təchizatı olmayan erməni qarnizonlarının kapitulyasiyasını qəbul etmək üçün Xocavənd və Laçın istiqamətlərinə hücumlar öz strateji əhəmiyyətini dərhal itirəcək və ikinci plana keçəcək”.
Kuznetsovun hesablamalarına görə, qüvvə və vəsaitin yenidən qruplaşdırılması 7-10 gün davam edəcək, sonra iki həftəyə qədər davam edəcək baş hücum olacaq. Bunun nəticəsi olaraq “dqr” terrorist kvazidövlətinin tarixinə son qoyulacaq:
“Başa düşmək lazımdır ki, Qarabağdakı separatçı-işğalçı rejim əvvəlcədən cinayətkar olub, ona görə də qınanmağı tələb edir. Hitler cinayətkarlarının üzərində Nürnberq tribunalı yalnız ona görə Nürnberqdə keçirildi ki, bu şəhər nasizmin ideoloji paytaxtı idi. Erməni nasizm ideologiyası Xocalı qətliamından sonra özünün qəti və tamamlanmış formasını tapdığına görə, erməni hərbi cinayətkarlarının üzərində hərbi tribunal da məhz o şəhərin məhkəməsində keçirilməlidir ", - deyə rusiyalı tarixçi vurğulayıb.
O qeyd edib ki, hitlerçiləri Nürnberqdə mühakimə ediblər, “artsaxçılar”ı isə Xocalıda mühakimə etmək lazımdır:
“Ona görə də mən “dqr” terror kvazidövlətinin əsas hərbi cinayətkarlarının üzərində Xocalı hərbi tribunalının təşkilinin zəruriliyindən danışıram”.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 02-11-2020 14:49
Baxış sayı: 4345Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)



















