Reklam
Laçın dəhlizinə yaxınlaşmışıq... - Polkovnik
27-10-2020 19:50
Ali Baş Komandan İlham Əliyev həm Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirdiyi operativ müşavirədə, həm də xalqa müraciətində ordunun gördüyü döyüşlərin nəticələrini yüksək qiymətləndirdiyini açıqladı. Cənab prezident qeyd etdi ki, düşmən bizim torpaqlarımızı işğal etmək üçün iki ilə qədər vaxt sərf edib. Ancaq Azərbaycan Ordusu bir ayın içində artıq 4 şəhəri, 160-dan çox yaşayış məntəqəsini işağladan azad etməyə müvəffəq olub. Azərbaycan Ordusu 30 il ərzində müharibənin bütün tələblərinə cavabverən istehkam qurğuları qurub.
Dalidag.az xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında ehtiyatda olan polkovnik, 2 dəfə “Azərbaycan Bayrağı” ordenli, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı Şair Ramaldanov deyib. Azərbaycan Ordusunun apardığı hərbi hazırlığa və islahatlara diqqət çəkən hərbi ekspert qeyd edib ki, Ali Baş Komandan Azərbaycan Ordusunu ən müasir silahlarla silahlandırıb:
“Azərbaycan Ordusu döyüş meydanında mütəmadi olaraq döyüşlər aparır və yüksək peşəkarlığı sayəsində xalqımızı sevindirən nəticələr əldə edir. Bu bir ayın ərzində ordumuz Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları işğaldan azad olunub. Yaşayış məntəqələrindən savayı Azərbaycan əhəmiyyətli olan İran sərhəd ərazilərdə nəzarəti tam bərpa edib.
Azərbaycan Silahlı Qüvvələrinin texniki üstünlükləri imkan verir ki, işğal olunmuş ərazilərdə düşmənin mühüm obyektlərini hədəfə çevirə bilsin. Müharibənin gedişi ərzində bunun bir daha şahidi olduq, Müdafiə Nazirliyinin mətbuat xidməti də mütəmadi olaraq uğurlu hərbi əməliyyatların aparılmasına dair videomaterialları yaymağa davam edir. Azərbaycanın müasir silahları bu gün hansı dərinlikdə olmasından asılı olmayaraq düşmən obyektlərini məhv etməyə qadirdir.
Düşmənin bütün təminat yolları nəzarət altındadır. Prezident İlham Əliyev xalqa dünənki müraciətində düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikaları barədə məlumatında açıqladı ki, 231 yük avtomobili məhv edilib, 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Hətta ən bahalı qurğulardan olan “S-300” zenit-raket kompleksləri qısa müddətdə hədəfə çevrilərək Azərbaycan Ordusunun imkanları ilə məhv edilib. Ümumiyyətlə, Azərbaycan Ordusu texniki imkanları ilə düşmənin hərbi texnikasının böyük bir hissəsini məhv edib və bu proses indi də davam edir.
Azərbaycan Ordusunda olan silah-sursat müasir əsrin tələblərinə cavab verən yeni taktika və yeni üsullarla öz döyüşlərini aparmağa imkan verir. Bununla da düşmənin şəxsi heyəti ilə təmasa girmədən bütün texnika və atəş mövqeləri darmadağın edilir. Azərbaycan Ordusu düşmən qüvvələrini maksimum zəiflədərək şəxsi heyətinin itkilərini mimimuma gətirəcək bir döyüş üsulu seçir.
Cənab Prezident xalqa müraciətində düşmən qüvvənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikalarının siyahısını tam açıqladı. Bu siyahı onu göstərir ki, qarşıdakı düşmən o qədər zəif silahlanmayıb. Lakin demək olar ki, hamısı 30-40 il bundan əvvəl istehsal olunmuş silahlardır. Azərbaycan Ordusu isə ən müasir silahlarla silahlanıb. Bu silahların müasirliyi Ermənistanın hərbi infrastrukturunu dağıtmağa imkan verir”.
Hərbi ekspert qeyd edib ki, Ermənistanda hərbi səfərbərlik elan olunub:
“Ağır itkilərin nəticəsidir ki, Ermənistan bu gün şəxsi heyət və digər istiqamətlərdə total səfərbərlik elan etməyə məcbur qalıb. Azərbaycan Ordusu 1 ay içində işğal olunmuş torpaqlarının böyük bir hissəsini işğaldan azad etməyə nail olub. Artıq Laçın dəhlizinə yaxınlaşmışıq, düşmənin şah damarını kəsəndən sonra onların vəziyyəti daha da acınacaqlı olacaq. Bu da öz növbəsində müharibənin hərbi siyasi mərhələyə keçməsinə yol açacaq. Sözsüz ki, cəbhədə qazanılan uğurlar diplomatik müstəvidə də düşmənin Azərbaycanın qoyduğu şərtləri qəbul etməsini və Azərbaycanın üstünlüyünü təmin edəcək".
Dalidag.az

Kateqoriya: Qarabağ
Tarix: 27-10-2020 19:50
Baxış sayı: 4243
Yazı axını
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
06 / 11 / 2024
06 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23
15-11-2024 10:41