Reklam
Polkovnik:“Laçın koridorunu bağlayıb, düşmənin nəfəsini kəsəcəyik” -VİDEO
19-10-2020 19:50
Dalidag.az xəbər verir ki, bunu ehtiyyatda olan polkovnik Nazim Əhmədov deyib.
Polkovnik bildirib ki, Azərbaycan Ordusu üçün havanın soyuması, qarın, yağışın yağıb palçıq olmasının bir fərqi yoxdur:
"Biz Qubadlını da azad etsək çıxırıq Laçın koridoruna. Həm də Xudafərin körpüsü tarixi bir abidəmiz olduğu üçün, onun işğaldan azad edilməsi insanlar arasında da ruh yüksəkliyi yaradır. Görün, neçə illər sonra Xudafərin körpüsü düşməndən azad edilir. Dediyim kimi, o istiqamətdə gedən döyüşlər gəlib çıxır Qubadlıya, Qubadlıdan biz çıxırıq Laçın koridoruna, heç Zəngilana girmirik, heç zəhmət də çəkmək lazım olmayacaq.
Zəngilanda olan düşmən özü oradan qaçacaq. Laçın koridoruna çıxarkən biz Laçın koridorunu bağlayırıq. Bununla da düşmənin nəfəsini kəsirik.
Qarabağın işğalına son qoyulur
Ermənilərə təminatın böyük əksəriyyəti Laçın koridorundan gəldiyi üçün o zaman onların bütün təminatı kəsilir. Bununla da biz üstünlük qazanırıq. Laçından sonra da Allahın köməkliyi ilə Şuşadır. Bununla da Qarabağın işğalına son qoyulur.
Hansı hava şəraitinin olmasına baxmayaraq ordumuz bu tapşırığı yerinə yetirəcək
Bizim ordu son vaxtlar o qədər təlimlər keçdi ki, qışında da keçdi, yayında da keçdi, toz-torpaqda, palçıqda da keçdi. Ordu üçün havanın soyuması, qarın, yağışın yağıb palçıq olmasının bir fərqi yoxdur. Ordu Ali Baş Komandan tərəfindən qarşılarına qoyulan tapşırığı icra edəcək. Hansı relyef olursa olsun, hansı hava şəraiti diqtə edirsə etsin, bizim ordumuz bu tapşırığı yerinə yetirəcək".milli.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 19-10-2020 19:50
Baxış sayı: 4348Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar






























