
Dalidag.az xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov bildirib.
"Bu mənzərə bir daha Azərbaycan ordusunda peşəkar həbçilərin nəticələrini görməyə imkan verdi. Heç bir atəş boşa çıxmadı, Ağdərədəki qərargah və digər yerlər, o cümlədən hərbi baza darmadağın edildi.
Ordumuzun gündəlik döyüş hazırlığı, çətin təlimləri və digər məşğələləri döyüş vaxtı öz məharətini göstərə bilməsi üçün keçirilirdi. Biz indi bunun nəticəsini görürük. Biz sevinirik, düşmən isə qorxu içindədir", - deyə Şair Ramaldanov əlavə edib.