Şuşada nələr danışırlar? – Rus jurnalistin yazdıqları...

09-10-2020 13:30


Rusiyalı jurnalist, “Novoy qazeta”nın əməkdaşı İlya Azar Dağlıq Qarabağdan hazırladığı və yaydığı materiallara görə Ermənistanın qəzəbinə tuş gəlib. Belə ki, Ermənistan XİN Azarın akkreditasiyasını ləğv edib.
Dalidag.az xəbər verir ki, İlya Azarın qəzəbə tuş gəlməsinin səbəbi onun Qarabağda gördüyü reallıqları olduğu kimi qələmə alması olub. Azarın reportajlarında Dağlıq Qarabağdakı əsl mənzərə üzə çıxır.
Beləliklə, Azarın reportajlarından birini, daha doğrusu, Azara istinadla “İnfo-24”-ün ötən gün yaydığı məqaləni təqdim edirik:
Erməni silahlı qüvvələrinin Dağlıq Qarabağdakı döyüşlərdə itkiləri rəsmi olaraq açıqlanan rəqəmlərdən əhəmiyyətli dərəcədə çoxdur. Başqa ölkələrdən Qarabağa döyüşmək üçün gələn ermənilər “ağlamalı vəziyyət” haqda rusiyalı jurnalistə danışıblar.
“Novoy qazeta”nın xüsusi müxbiri İlya Azar Şuşadan xəbər verir ki, Şuşadakı Mədəniyyət Evində keçirilən məxfi toplantıda iştirak edən yüzlərlə hərbçi və polisin itkisini “dqr” rəhbərliyi gizlədir.
Ermənistan hazırda itkilərinin 320 olduğunu rəsmən elan edib (bu, dünənki göstəricidir, artıq Ermənistan 361 əsgər itirdiyini açıqlayıb – red.). Ancaq könüllü döyüşçülər deyir ki, itkilər olduqca çoxdur. Komandanlıq çağırışçıları cəbhəyə lazımı silahla və geyimlə təmin etmədən göndərir.
Fransa vətəndaşı olan Artur Ohanisyan jurnalistə deyib ki, o, bir müddət öncə döyüşlərdə iştirak etmək üçün bura gəlib.
“Sadəcə gəldim – heç bir sənədləşmə-zad olmadı, yalnız avtomat verdilər və irəli...” – o deyib.
Hazırda Ohanisyan siyasi rəhbərliyə və öz komandirinə qarşı çox qəzəblidir:
“Onlar 18 yaşlı gəncləri yalnız bir avtomatla cəbhəyə göndəriblər. “Bağışlayın, patron yoxdur, bağışlayın, tank yoxdur”. Qoruyucu jiletmi istəyirsən? – ölülərdə nə qədər desən. Orda (cəbhədə - red.) heç nə yoxdur. Yemək gəlir, ancaq yoldaca hər şey bitir. Əgər yemək istəyirsənsə, onda 4 kilometr “Qrad” zərbələri altında yol getməlisən”.
İlya Azarla söhbət edən Arturun sözlərini onun döyüş yoldaşı da təsdiqləyib. O deyib ki, ön cəbhədə ermənilərdə hər şey olduqca pisdir.
“200 nəfər elə mənim gözüm önündə, bizim vuruşduğumuz istiqamətdə məhv oldu. Bütövlükdə isə orda ölənlər minlərlədir”, – Artur Ohanisyan deyib.axar.az
Dalidag.az


Kateqoriya: Qarabağ
Tarix: 09-10-2020 13:30
Baxış sayı: 3315
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını