Reklam
Cəbhədə gərginlik- mövqelərimiz atəş altında
23-09-2020 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 49 dəfə pozub.Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Ağdam, Koxanəbi, Ağbulaq və Muncuqlu kəndlərində, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 23-09-2020 09:43
Baxış sayı: 3360Yazı axını
21 / 11 / 2026
20 / 11 / 2026
20 / 11 / 2026
19 / 11 / 2026
18 / 11 / 2026
17 / 11 / 2026
17 / 11 / 2026
15 / 11 / 2026
15 / 11 / 2026
15 / 11 / 2026
14 / 11 / 2026
14 / 11 / 2026
12 / 11 / 2026
12 / 11 / 2026
12 / 11 / 2026
11 / 11 / 2026
11 / 11 / 2026
10 / 11 / 2026
09 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
Ən çox oxunanlar



























