Reklam
İrəvan təşvişdə: 3 milyonluq türk ordusu Qarabağa girəcək
14-09-2020 09:43
Dalidag.az xəbər verir ki, Ermənistan mediası 3 milyona yaxın canlı qüvvənin birləşəcəyi bu ordunun Avrasiyada bütün qüvvələri əzib keçəcəyindən və bunun İrəvan üçün gələcək təhlükəsindən bəhs edir.
“Ermənistanın səsi” saytı yazır ki, Turan ordusunun qurulması məsələsi yeni deyil:
“Vaxtilə Türkiyənin nüfuzlu “Uluslararası Politika Akademisi” nəşri bu layihənin həyata keçirilməsi ilə bağlı Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın hüquq-mühafizə orqanlarının hərbi statusla birləşdirilməsindən yazırdı. Hərbi statuslu hüquq-mühafizə orqanlarını birləşdirən belə bir ordu 2 milyon 800 min əsgərdən ibarət olacaqdı. Azərbaycan mediası bu ordunun Dağlıq Qarabağda anti-terror əməliyyatı keçirə biləcəyi haqda tez-tez yazır. İndi belə bir ordunun yaradılması layihəsində Mərkəzi Asiyanın hansı ölkəsinin yer alacağı bilinməsə də, ideyanın əməli işdə həyata keçirilməyə başlandığını deyə bilərik”.
Sayt Azərbaycan və Türkiyənin son dövrlər hərbi sferada daha da yaxınlaşmasını Turan ordusunun yaradılması istiqamətində ciddi addım olduğunu yazır./publika.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 14-09-2020 09:43
Baxış sayı: 4505Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17





























