Reklam
Qarabağa peşəkar muzdlular köçürülür – Şərh
13-09-2020 10:23
Dalidag.az xəbər verir ki, bunu axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov Ermənistanın işğal etdikləri Azərbaycan ərazilərində süni məskunlaşdırma aparmasından və Livandan ermənilərin köçürülüməsindən danışarkən deyib. Politoloq bildirib ki, ermənilərin işğal olunmuş ərazilərdə süni şəkildə köçürülmə və məskunlaşdırma aparması məqsədyönlüdür:
“Livan ermənilərinin Dağlıq Qarabağa yerləşdirilməsinin bir neçə səbəbi var. Birincisi, Azərbaycanın işğal etdikləri ərazilərini erməniləşdirmək istəyirlər. İkincisi, sonra da dünyaya bəyan edəcəklər ki, guya, burada eramızdan əvvəl ermənilər yaşayıb. Həmin köçürülənlər də guya “eradan əvvəlki əcdadlarının” “varisləri”dir”.
Politoloq bildirib ki, Livandan köçürülən erməni ailələrlə yanaşı, Dağlıq Qarabağa terrorçu qruplar da gətirilir:
“Bu məqamda diqqət ediləsi məqamlardan biri də ermənilərin nəinki Qarabağdan, həm də Ermənistandan kütləvi köçüdür. Bu halda hansı vədlərlə və kimlər Dağlıq Qarabağa yerləşdirilir? Onlara hansı şəraiti və necə yaradırlar? Bu baxımdan, köçürülənlərin muzdlular olması ehtimalı çox yüksəkdir. Hesab edirəm ki, bu, hazırda Ermənistanın müharibə hazırlığının tərkib hissəsidir”.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 13-09-2020 10:23
Baxış sayı: 3418Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20





























