Reklam
Lavrov: "Qarabağ münaqişəsinin tənzimlənməsi üçün razılaşdırılmalı olan konkret parametrlər hazırlanıb"
01-09-2020 13:41
Dalidag.az bildirir ki, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri ilə görüşü zamanı deyib.
O bildirib ki, Rusiya müxtəlif münaqişələrin tənzimlənməsi üçün şərtlərin yaradılması üzrə beynəlxalq səylərdə iştirak edir:
"Bu, Dağlıq Qarabağ məsələsinə də aiddir. Bu məsələnin baxılması üçün ATƏT Minsk qrupu təsis edilib və onun həmsədrləri Rusiya, ABŞ və Fransadır. Qrupa həm də digər ölkələr, o cümlədən Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya və Türkiyə daxildir. Amma bu qrupun qərarı ilə həmsədr ölkələr - Rusiya, ABŞ və Fransaya tərəflərin ümumi qəbul olunan razılaşma əldə edə biləcəkləri mühiti yaratmaq üçün gündəlik iş səlahiyyətləri verilib. Biz problemin həlli üçün ssenarilər yazmırıq, biz onların öz aralarında danışa bilməzi üçün şərait yaradırıq. Son 18 il ərzində tərəflər arasında ilk sənədlər hazırlanıb. Az iş görülməyib. Burada BMT Nizamnaməsinin prinsiplərini, Helsinki yekun aktının prinsiplərini də əks etdirən prinsiplər formalaşdırılıb. Həmçinin, tənzimlənmənin baş tutması üçün razılaşdırılmalı olan konkret parametrlər hazırlanıb".
S.Lavrov qeyd edib ki, son dövrlər ərzində bir neçə insident baş verib və bu, gərginliyi ciddi şəkildə artırıb, həmsədrlərin düzgün mühitin formalaşmasına yönəlməsi üçün müsbət roluna kömək etməyib.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 01-09-2020 13:41
Baxış sayı: 4487Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar






























