"...Vermərəm yağıya bir nəfəs aram! Nə qədər ordumda mən əsgər varam!" Dalidag.az Hüseyn Mirzənin vətənpərvərlik ruhunda yazılmış bir şeirini təqdim edir: ƏSGƏR MARŞI Baxın, baxın yaxşı baxın! Düşmən yuxusuna haram qatsın, haram Güclənirik aram, aram.... Deyirlər dərdimə dərman tapılıb, Daha sağalacaq qan tökən yaram... Daha qəmə batıb, hissə qapılıb, Analar xəyala dalmayacaqdı, Qisasım qiyamətə qalmayacaqdı, Vermərəm yağıya bir nəfəs aram! Nə qədər ordumda mən əsgər varam! Mənə silah verin,

Bu gün Azəraycan Silahlı Qüvvələrinin yaranmasından 103 il ötür. Dalidag.az I Qarabağ müharibəsi qazisi, şair Rafail Tağızadənin bu günlə səsləşən şeirini təqdim edir: MƏNİM MƏĞRUR ORDUM Sevinib şadlandı yaralı yerlər, Bizdən uzaq düşən aralı yerlər, Dönər gülüstana saralı yerlər. Sənin addımınla göyərər yurdum, Mənim məğrur ordum, qəhrəman ordum! Zaman bu zamanmış, məqam bu məqam, Sabaha ümidli, dünənə yadam, Sənin hər uğruna sevinnəm, şadam. Həsrət torpağımda toy-busat qurdum, Mənim məğrur

Şərif Ağayar 1 yanvar 1976-cı ildə Laçın rayonunun Ağbulaq kəndində anadan olub. Onun “İtmiş dünyanın balladası”, “Qumru”, “Hərbi-siyasi məsələ”, “Anaxanım”, “Sonsuz” kimi hekayələri var. Bu hekayələrin hər biri toxunduğu problemlər baxımından olduqca qiymətlidir. Şərif Ağayarın “Şəkil” hekayəsi isə mövzu və problematikası, eyni zamanda bədii təsvirinin gücü ilə daha çox diqqəti cəlb edir. Hekayə ideya-məzmun və sənətkarlıq xüsusiyyətləri ilə də seçilir və daha üstündür. Şərif Ağayarın “Şəkil”

Biz yaşamaq sənəti barədə Tolstoyun “Hərb və sülh” əsərindən çox şey öyrənə bilərik. Hələ nəzərə alaq ki, Tolstoyun həyatında təkəbbür və yelbeyinlik, seksual qısqanclıq və mürəkkəb ailə münasibətləri də olub. Lakin Roman Krznaric yazır ki, bütün bunlara baxmayaraq, bizim ustad romançıdan öyrənə biləcəyimiz çox həyat dərsləri var. 1828-ci ildə doğulmuş və 1910-cu ildə vəfat etmiş Tolstoy öz malikanəsi və yüzlərlə təhkimlisi olan rus aristokratik ailəsindən çıxmışdı. Gənc qrafın erkən gəncliyi

Azneftdən azca aralı köhnə İnturistin yaxınlığındakı Bəhram Gur heykəlinin fonunda çəkilmiş rəngli fotoda əli irəli uzanmış, alnı qırış-qırış, çalsaç, çəlimsiz, ağzıaçılı əsəbi Xalq şairi nəhəng gənc oğlanın çiynindəydi. Dalidag.az mərhum yazıçı Azər Abdullanın "Yekəpər" hekayəsini təqdim edir: Polislərdən biri ikinci dəfə daha da ucadan amiranə "vətəndaş, sizinləyəm, bizimlə getməlisən" deyəndə, maşının mühərrikinə sarı əyilmiş usta qəddini düzəltmədən başını səs gələn tərəfə çevirdi. Gənc

"...Qar yağırdı. Elə bil mələklər iki il əvvəl Nəbinin toyundakı qar dənələrini təkrar yerə endirirdilər, amma bu yer o yer deyildi..." Dalidag.az Fərid Muradzadənin yeni "Qar yağırdı" hekayəsini təqdim edir : Ç oxdandır ki şəhərə qar yağmırdı. Son illər dünyada baş verən iqlim dəyişkənliyi səbəbindən havalar qeyri-sabit keçir. Bir o qədər də fərqində olmadığımız anomal iqlim dəyişkənliyi zaman-zaman fəsadlarını daha da qabarıq göstərməyə başlayır ki, bu da ətraf aləmə, bütün canlı orqanizmə

Bu gün böyük Azərbaycan şairi Vaqif Səmədoğlunun doğum günüdür. Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu

Bu gün saf ruhu, bənzərsiz şeiriyyəti, insanlığa, bəşəriyyətə... sevgisi ilə ölməzliyə qovuşan Mikayıl Müşfiqin döğum günüdür. Mikayıl Müşviq (İsmayılzadə Mikayıl Əbdülqadir oğlu) 1908-ci il iyunun 5-də Bakının Xızı kəndində ziyalı ailəsində dünyaya gəlmişdir. Hələ ay yarım olarkən anasını, 6 yaşında isə atasını itirən Mikayıl bacı və qardaşları ilə birlikdə yetim qalmış, yaxın qohumlarının himayəsində böyümüşdür. Onun atasi Mirzə Qədir İsmayılzadə “Səadət” məktəbində müəllim işləməklə yanaşı

Barmaqla sayılacaq bir neçə qızıl sözlü şairlərimiz var ki, klassiklərimizin ruhu, nəfəsi hopub əsərlərinə. Oxuduqca iç dünyasını, daxili aləmini, narahat ruhunu, lal harayını, səssiz əzabını duyur, heyrət edirsən. Belə qələm sahiblərindən biri də bir qəzəlində dediyi kimi, başı qarlı dağa bənzəyən qəzəl ustadı, könüllər ovsunlayan şeirlərin, romanların müəllifi, şeirlərinə vurduğu naxışlardan memarlığını, rəngarənglikdən rəssamlığını sübut edən gözəlqlbli şair, varlığıyla, dostluğuyla qürur

Bu gün tanınmış şair, jurnalist Əli Nəcəfxanlının doğum günüdür. Ömrün növbəti pilləsinə qədəm qoyan Ə. Nəcəfxanlı Tanrının seçilmiş bəndələrindən- sözə könül verənlərdən oldu. Söz ona, o sözə sevgisi, sadiqliyi ilə illərdir ədəbiyyat aləminə gözəl töhfələrini verməkdədir. İstər şair, istər jurnalist kimi neçə illərdir imzasını təsdiqləyən Əli müəllim bu gün də aktiv fəaliyyətdədir. Bir-birindən gözəl şeirləri, tərcümələri, publisistik yazıları, müxtəlif mövzuları əhatə edən çoxsaylı məqalələr
Yazı axını