Reklam
"Hər tərəfdə bir doğmamız uyudu, sənsiz getdi yana-yana, Kəlbəcər..."
18-10-2021 14:01
Kəlbəcərə bəlkə də gedərdim, şəhid qanı tökülməmiş bir cığır tapsaydım... Nəyə də gedim?KƏLBƏCƏR
İstəmirəm görüşünə gəlməyi,
Qınasan da, məni qına, Kəlbəcər...
Otuz beş il səniz ömür çürütdüm,
Qoy, sənsiz də yetsin sona, Kəlbəcər...
Yüz il keçə, dönsəm günün birində;
Səhv salmaram, cığırların birin də !..
Qorxuram ki, görəm yoxsan yerində;
Ümüdlərim təzdən sına, Kəlbəcər...
Həyatımda çoxdur qara naxışlar;
Ha çalışdım, azalmadı yoxuşlar...
Qoyub gəlsəm, məni necə bağışlar;
Yad torpaqda yatan ANA, Kəlbəcər ?..
Yas yeri də -- bayramıdı, toyudu,
Qohum-qardaş bir-birindən soyudu...
Hər tərəfdə bir doğmamız uyudu;
Sənsiz getdi yana-yana, Kəlbəcər.
Mənim üçün yurd olsa da baş tacı,
Yazan yazıb qismətimi çox acı !..
Qərib məzar...iki qardaş, dörd bacı,
Bir dağam ki, dözdüm ona, Kəlbəcər...
Darıxsam da bir anasız körpə tək;
Qonşu da yox, görüşəndə sevinək...
Nəyə gəlim, nə mən daşam, nə ürək;
Yollar boyu batım qana, Kəlbəcər?!.
Yurdlarımıza yol açan şəhidlərimiz nur içində uyusunlar!... Unutmayaq!..
Vaqif Hüseyinoğlu
18.10 2021. Minvod.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 18-10-2021 14:01
Baxış sayı: 3466Yazı axını
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
07 / 05 / 2026
06 / 05 / 2026
05 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15




























