Reklam
Yazıçı Pərvanə Bayramqızının “Karantin zədəsi” adlı 3-cü kitabı işıq üzü gördü - ŞƏKİL
13-08-2021 10:53

Bu günlərdə yazıçı Pərvanə Bayramqızının “Karantin zədəsi” adlı 3-cü kitabı çapdan çıxıb.
Müəllif Ana dilinin qorunması mövzusunda yazdığı məqalələri, tanınmış ziyalılardan götürdüyü müsahibələri və gündəmlə səsləşən: pandemiya, müharibə və ümumi mövzulu statuslar kimi qruplaşdırdığı yığcam fikirləri ilə özünəməxsus şəkildə oxucunu dialoqa cəlb edir. “Oxucu rəyləri” bölümündə pandemiya dövrünün izolyasiyasının insanlara göstərdiyi mənəvi-psixoloji təsir, karantin rejimində müəllifin fərdi yaşantıları əksini tapıb.
“Yeddi sual”, “Ağ divarda qara yazılar”, “Yoluxmayan xəstəlik” və digər hekayələrdə virus təhlükəsiylə bir-birindən uzaqlaşan insanların faciəsindən, ömrünün son ayını karantinin bitəcəyini gözləyərək başa vuran qocanın həsrətindən, vaxtsız gələn sevgi və eləcə də sevənin üzüdönüklüyündən bəhs olunur. Kitabın redaktoru yazıçı-publisist Vasif Sadıqlı, korrektoru isə şair Ramiz İsmayıldır.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 13-08-2021 10:53
Baxış sayı: 3740Yazı axını
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
07 / 05 / 2026
06 / 05 / 2026
05 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15




























