Namiq Dəlidağlının yaradıcılığına boylananda orada bir tifili gördüm: yurd-yuva həsrətli, yetim baxışlı - niskilli, duman-çiskinli... Necə də yerində deyilib bu fikir: "…Yazılanlara tərif və ya tənqid hər bir şəxsin fikir və dünyaya baxış pəncərəsindən görüntülər olduğu üçün bu fərdlər heç zaman şair qəlbinin dərinliklərinə baş vura bilməzlər". Peşəkar qələm və söz adamının bədii yaradıcılıq nümunələrinə fikir bildirmək, haqqında bir neçə kəlmə yazmaq çox da asan deyil. Dəfələrlə olub ki, qələm

Dalidag.az Yusif Vəzir Çəmənzəminlinin hekayəsini təqdim edir: HƏKİM A y həkim, başına dönüm, bizdə bir azarlı var, tеz gəl, bir оna baх! Dеyəsən, allah еləməmiş, lap qarışıb. – Nəyidi? – Həkim, dünən üç-dörd girvənkə nохud-kişmiş yеyib, оndan bəri lap tirtap uzanıb. – Yəqin tох qarına özünü sоyuğa vеrib. Yеri gеdək görüm, haradadır? Həkim başmağının nalını daşa vurub taqqıldada-taqqıldada оrtabоy, papağının qırağı gеtmiş bir kişinin yanına düşüb bazar aşağı sallanıb gеtdi. İrəliki gün həkimə

Söz, poeziya və Kəlbəcər.., ya da əksinə, Kəlbəcər, söz və poeziya. Ayrı-ayrılıqda sevginin, ucalığın adı. Bir yerdə möhtəşəm birliyin ehtivası. Və həmin ehtivanın ədəbiyyata bəxş etdiyi onlarla təkrarsız imza. Kəlbəcər qoxulu şeiriyyəti ilə klassik və müasir poeziya kəsişməsində yeni nəfəs kimi zühur edən Əlövsət Saldaş imzası da özünəməxsusluğu ilə seçilən imzadır. Müxtəlif mövzuların şəkilləndiyi şeirləri ilə oxucu ürəyini ələ almağı bacaran şair 1957-ci ildə Kəlbəcər rayonunun Çərəkdar

B iz necə iş görürük. Biz iş görmək istədikdə bir şeyi yadımızdan çıxardırıq. O şey nədir? O şey nərdivandır. Necə yəni nərdivan. Nərdivan nədir? Nərdivan bir alətdir ki, onun vasitəsilə adam tədriclə yuxarı çıxa bilər. Hər kəs nərdivansız yuxarı çıxmaq istəsə,evi yıxılar ki, təpəsi dağılar. Bu belə. Bundan başqa, bir də biz həmişə başımızdan yekə işlər görürük. Amma bunun səbəbi var. Səbəbi də budur. Qonşularımız siçan boyda iş gördükdə, biz yatmışdıq. Sonra onların işi böyüyüb keçi boyda

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə elan etdiyi “Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi”nin qalibləri müəyyənləşib. Dalidag.az xəbər verir ki, müsabiqəyə 417 hekayə təqdim olunub. 29 hekayə müəyyən edilmiş müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul edilməyib. Komissiyanın 5 üzvü tərəfindən müsabiqəyə qəbul olunan 388 hekayənin mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və müəyyən

Dəyanət Osmanlı Borçalıda hər mətləb bir atalar sözüylə yanaşı işlədilir. Göz açıb belə görmüşük, göz açıb belə görürlər. Bu səbəbdən də Günəbaxan Günə meyilli olduğu kimi, ayağı yer, dili söz tutanlar sözə meyilli olur. “Adəmdən Hatəmə” belə olub, indi də belədi. Ona görə də Borçalıda sözün üstündə nataraz yellər əsə bilməyib... Və o, ulu türk yurdu Borçalıdan boy atıb, Günə baxan şeirləri, qürurlu xatirələri, təbəssümü, kədəri və sevgisi ilə dünyaya boylanan və Türk dünyasının özbəöz Söz

"...kahalar da gözmüs, namərd olduqlarından Allah çıxarıb onları, yağışdan daldalananı ya ildırım vurub, ya ayı boğub kahada". Dalidag.az Xəqani Həbiboğlunun bir hekayəsini təqdim edir: GÖZLƏR G özlərinin qətl gününə qədər ən çox sevdiyi göz öz gözləriydi. Gözəllikləri yalnız gözləriynən gördüyü zamandan bəri çox gözlər axmışdı... Gözlərinin xətrini ürəyindən əziz tuturdu. Haqqüçünə, gözləri ona borclu qalmamışdı,gözlərinin də gözü onu tutmusdu,tək tərpənməyə qoymurdu, tökülmüsdü yəni. Yusifin

"Tanrı olmaq - yaratmaqla məhv etmək arasındakı məsafədir..." Dalidag.az Tural Turanın şeirlərini təqdim edir: *** Tanrı olmaq - özünə inanmaqdı, Tanrı olmaq - özünə aldanmaqdı... Tanrı olmaq - birinci özünü yaratmaqdı. Tanrı olmaq - təklikdən həzz almaqdı. Tanrı olmaq - bütün dillərdə başa düşməkdi... Tanrı olmaq - gücünü gücsüzlər üzərində sınamaqdı. Tanrı olmaq - qəlibə girməkdi... Tanrı olmaq - insan ömründə ölümsüzləşməkdi. Tanrı olmaq - tünd rənglərdən imtinadır. Tanrı olmaq - Son günə

Dalidag.az dahi Azərbaycan şairi Seyid Əzim Şirvani haqqında maraqlı faktları təqdim edir. Seyid Əzim Şirvani Seyid Məhəmməd oğlu Mir Cəfərzadə Şirvani 1835-ci il iyul ayının 10-da Şamaxı şəhərində Qalabazar məhəlləsində, ruhani ailəsində anadan olub. Ona babası Əzimin adını veriblər. *** Əzimin 7 yaşı olanda atası Seyid Məhəmməd vəfat etdiyinə görə, o, anasının himayəsində yaşayır. Daha sonra Dağıstanın Yaqsay kəndində yaşayan ana babası Molla Hüseyn qızını və nəvəsini yanına gətirir. Oğlu

Dalidag.az Xalq şairi Rəsul Rza ilə bağlı 8 faktı təqdim edir: 1. Rəsul Rza 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində doğulub. Atası məşhur Məmmədxanovlar nəslindəndir. 2. O, atasını erkən itirdiyinə görə anasının və yaxın qohumlarının himayəsində böyüyüb. 3. Böyük bacıları Bakıda yaşadığı üçün 1930-cu ildə paytaxta köçüb. Burada məktəb yoldaşı və şair Abdulla vasitəsilə ədəbi aləmdə yaxşı tanınan Mikayıl Müşfiq, Süleyman Rüstəm, Mehdi Hüseyn, Səməd Vurğun, Mikayıl Rəfili, Əli Nazim,
Yazı axını