Səfər Rzasoylu Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir sovqatı Səfər Rzasoylu yaradıcılığından: YAĞIŞ, SƏN... YAĞIŞ Yağışsa hey yağır, yağır doymadan, Çırpır dörd bir yana səs əllərini. Üfüqdən, qürubdan, torpaqdan, otdan Silir tanrının da əl izlərini. Yerləri, göyləri alıb əlinə Haçana, haraya yağır bu yağış. Azıb zamanını, bugün yerinə Dünənə - geriyə yağır bu yağış. ...Bu yağlş altında nəfəs dərmədən Qaçmaq istəyirəm ta Son sirrəcən. Bu yağış içində

Gülər Natiq İsaq Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Gülər Natiq İsaq yaradıcılığından: "Ömrünü uzatmağa gəlmişdim mən bəlkə də..." Asılar yaddaşından gilənar tana kimi Ovuclarına körpə xatirələr yığılar. Oyadarsan xəfifcə səhər azana kimi Sanki illlərdi yatmış bir duyğu səndən küsər... Saçının dalğaları barmağına dolanar, Bu sərt havaların da acığına gün doğar. Düyünlü nə urdusa, sinəndə durulanar, Kəsik-kəsik nəfəsin hıçqırıqları boğar...

Əlövsət Saldaş Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Əlövsət Saldaş yaradıcılığından: ADAM Sənnən ki Tanrının xəbəri yoxdur, Kim səni dünyaya göndərib, adam. Sahibsiz qəriblə dünya doludur, Dön qayıt geriyə, dön, qərib adam. Pəsdə inləyirsən, bəm oxuyursan, İslaq görünürsən, nəm oxuyursan, Elə dərd çalırsan, qəm oxuyursan, Vaxt səni nə yaman dindirib, adam. Köklə qopuzunu Qorquddan denən, Darda tapındığın boz qurddan denən, O dağlardan oxu, o

Gülnar Ümid Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Gülnar Ümid yaradıcılığından: BİR YER GÖSTƏR GÖZLƏRİMİ ASMAĞA Mən sevəndə xatırlamırdım səni, İtirəndən yaddaşımdan çıxmırsan. Darıxmaq da ürəyimi kiçildib, Darıxanda ürəyimə sığmırsan. Gecə ayın göy üzündə kölgəsi, Günəş çıxar, izi itər hər səhər. Bir yer göstər gözlərimi asmağa, Özüm qurudaram hər gün birtəhər. Bir az danışaram, dəniz dinləyər, Bir az da danlayar Xəzri, Giləvar. Gecə təkliyinə

Vüsal Yurdoğlu Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Vüsal Yurdoğlu yaradıcılığından: * * * Daşın üstündə var yoxdur, Nə var, var daşın altında. Daşın altında yox yoxdur Kİ, var var daşın altında. Daşı qaldır, gəzmək üçün, Var olanı sezmək üçün. Sonsuzluğa üzmək üçün Avar var daşın altında. Həm ədalət, həm də sehir, Həm məhəbbət, həm də mehir, Aradığın ləl-cəvahir, Zivər var daşın altında. Davam elə kef-damağa, Gərək yoxdur ağlamağa. O dünyaya

Şəfa Vəli Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Şəfa Vəli yaradıcılığından: * * * İtirilmiş şəhərləri okeanlarda axtarıb Səhralarda tapırıq... Səncə, bu, sevgi deyil?! Harda bir ovuc gülüş var Gözlərimizlə qapırıq... Səncə, bu, sevgi deyil?! "Ağ yuyub qara sərdiyim" Sənsizliyin qucağına Bir körpə şəkli qoymuşam... Dünən də xəyalımda Şuşaya qədər qaçmışam, Cıdır düzünün köksündə Şeir süfrəsi açmışam... Səncə, bu, sevgi deyil?! Şeir-şeir,

Dünya gözəldir, həyatsa şirin. Bu gözəl dünyada narahat, həm də sevgi ruhlu bir şair ürəyi çırpınır. Oxucu məhəbbəti qazanan, səmimi duyğuları ilə qəlblərə yol tapan bu şairin poeziyası dərin hisslərdən doğulub desəm, heç də səhv etmərəm. İnsanların dəyişdiyi, zövqlərin yeniləşdiyi zəmanədə əksər yeniliklərdən, dəyişmələrdən tez xəbərdar olan və peşəkar yazan Namiq Dəlidağlıdır haqqında söhbət açdığım. Onun poeziya aləminə ayna tutaraq barəsində düşüncələrimi oxucularla bölüşmək istəyirəm.

Tərlan Əbilov Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Tərlan Əbilov yaradıcılığından: ŞƏHADƏT GÜNÜ Adını şeirdə çəkən çoxalıb, ovcuna mıx çalan adamlar bilir... Qeybə çəkildiyin bir ikonadı, bunu rəssam olan adamlar bilir, bunu şair olan adamlar bilir, bunu şeir yazan adamlar bilmir... Bu dünya çoxuna çarmıxdı, çarmıx, yerinə çarmıxa çəkilən çoxdu... Hamı əlində daş durub qəsdimə, içində bir nəfər günahsız yoxdu, bunu sən bilirsən, Məhəmməd bilir,

Aysel Xanlarqızı Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Aysel Xanlarqızı yaradıcılığından: SƏN GƏLDİN Xatirələr kirlənmişdi o gecə, Yudum, yudum, kirpiklərimdən asdım. Yad əllərdə isitdiyin əlini, Köz eləyib əllərimə dağ basdım. Mən ovcumda öləcəkdim, sən gəldin... Bir uçqunda dağıntılar altından, Ölməmişdim, yaralanıb çıxmışdım. Bir gecədə əllərinin tumarı, Boya kimi saçlarımdan axmışdı... Mən saçımdan öləcəkdim, sən gəldin... Gözlərimdə qayıq

Elşən Əzim Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasında növbəti şeir ərmağanı Elşən Əzim yaradıcılığından: İKİLƏŞMƏ Və bir gün bir adam çıxar qarşına, qayıdıb səninlə yanaşı gedər. sən gedən yollarda dörd olar gözü, nabələd tərpənər, ya naşı gedər. və baxıb görərsən bu elə sənsən, göz sənin gözündü, qaş sənin qaşın. kostyum, qalstuk, köynək səninki, əyin sənin əynin, baş sənin başın. və baxıb görərsən əl də sənindir, ayaq da sənindir, başmaq da sənin. hardasa dayanıb yol
Yazı axını