Reklam
"O dünyaya adlamağa divar var daşın altında..." - Vüsal Yurdoğlu
19-04-2025 10:43
Vüsal YurdoğluSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Vüsal Yurdoğlu yaradıcılığından:
* * *
Daşın üstündə var yoxdur,
Nə var,
var daşın altında.
Daşın altında yox yoxdur
Kİ, var var daşın altında.
Daşı qaldır, gəzmək üçün,
Var olanı sezmək üçün.
Sonsuzluğa üzmək üçün
Avar var daşın altında.
Həm ədalət, həm də sehir,
Həm məhəbbət, həm də mehir,
Aradığın ləl-cəvahir,
Zivər var daşın altında.
Davam elə kef-damağa,
Gərək yoxdur ağlamağa.
O dünyaya adlamağa
Divar var daşın altında.
Daşın altı usta.., usta
Sirr saxlayar usta-usta.
Adamları asta-asta,
Ovar var daşın altında.
Kim ki yeri döndərəcək,
Daşı tərsə çöndürəcək.
Yanğını tez söndürəcək,
Su var,
var daşın altında.
Yurdoğlu, nəydi yandığın?!
Kimdir həqiqət sandığın?!
Varlığına inandığın
Bu var, var daşın altında.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 19-04-2025 10:43
Baxış sayı: 3240Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























