Reklam
"Ayrılıq özü gəlib, sən allah qınama fəsilləri..." - Könül Nuriyeva
24-04-2025 14:08

Könül Nuriyeva
Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Könül Nuriyeva yaradıcılığından:
* * *
Gəl, sənə deyim
Məni unutmağın yolunu.
Bir qadını unutdurmaz,
sənə bir bahalı siqar,
yaxud başını dizinə alıb
qəmli- qəmli dinlədiyin tar…
Uşaq deyilsən, bilirsən özün,
ayrılıq muncuq deyil, əzizim
səbrlə yığım, bir- bir sapa düzüm…
incimə, çox səbr etdim
daha qalmadı dözüm.
Ayrılıq yağışdır, dəli-dolu,
birdən gələr,
bağlayar ömürlük bildiyimiz yolu,
Bakıdır da, kömək əli dar,
bizi neçə dəfə qoyub avara,
qalmışıq girinc-giriftar.
Bu şəhər həmişə adamla dolu,
əlində var biletin,
yerişindən bilinir, fərq etməyib qiyməti.
Film başlayır, başını qaldır,
düz get, keçmə yolu.
Nizami kinoteatrı bəzəyir şəhərin solunu.
İstəsən hər gecə bir film izlə,
Ya hər axşam get kinoteatra,
ən gur yerdə əyləş, tanımadığın adamla,
bu yolla qalib gələrsən, mənli səssizliyinə!
mənsizlikdən qurtar,
izlə bir film,
anla, gözümün nuru, heç nə deyil daim.
Nə olsa bax,
məsələn, dava filmləri
sonunda öldürsün kimlərsə kimləri.
bəzən altyazıyla bax,
oxuya bilməyəsən sətirləri.
Ayrılıq özü gəlib,
sən allah qınama fəsilləri,
bəzən filmlər unutdurur, sevgisiz keçən illəri.
bəzən bir film sağaldar bir yaranı,
barışdırar küsənləri, düzəldər aranı.
axı həyat da kinodur, kino
görəsən növbəti seansda
kim olacaq ömrümüzün baş rolu?
Bəlkə sən biləsən, əzizim
Kim olacaq, kimdir o…?!
Bəlkə baxmayasan,
yarım qoyasan bu kinonu…
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 24-04-2025 14:08
Baxış sayı: 3311Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























