Reklam
"Asdım ulduzlardan lal düşüncəmi..." - Adilə Aslanova
26-04-2025 15:44
Adilə AslanovaSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasında növbəti şeir ərmağanı Adilə Aslanova yaradıcılığından:
Boynumu yanıma salmışam, kədər,
Uyuyub qalmışam tənhalığımda.
Küçə ağı deyir, şəhər dil tökür,
Bayquşlar ulaşır qaranlığımda.
Asdım ulduzlardan lal düşüncəmi,
Kövrək duyğularım olmadı taraz.
Varlıya, kasıba böldüm gecəni,
Bunu kasıbların ayağına yaz.
Rəsmini çəkərsəm qəmin, harayın,
Rənglər sərgi- sərgi boşalar, dolar.
Bir ömür paylansa sevgi havayı,
O da əllərimə ən sonda qonar.
Özümə oxşayar qərib gecələr,
Gah ulduzu batar, gah ayı batar.
Didərginə dönər ah nələr, nələr,
Ötər ilğım kimi, ruhu qanadar.
Bu gecə dənizə töküldü, nə var,
Ölmüş qağayılar, susuz balıqlar.
Mənim pəncərəmin bircə adı var,
Burda gülümsəməz bağrıyanıqlar...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 26-04-2025 15:44
Baxış sayı: 3944Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























