Reklam
"Yalnızlıq havasında dinər üsyan bəstəsi..." - Gülər Natiq İsaq
22-04-2025 12:40

Gülər Natiq İsaq
Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Gülər Natiq İsaq yaradıcılığından:
"Ömrünü uzatmağa gəlmişdim mən bəlkə də..."
Asılar yaddaşından gilənar tana kimi
Ovuclarına körpə xatirələr yığılar.
Oyadarsan xəfifcə səhər azana kimi
Sanki illlərdi yatmış bir duyğu səndən küsər...
Saçının dalğaları barmağına dolanar,
Bu sərt havaların da acığına gün doğar.
Düyünlü nə urdusa, sinəndə durulanar,
Kəsik-kəsik nəfəsin hıçqırıqları boğar...
Ağacın budağından heç düşmək istəməyən
Ürək də ki, çarəsiz, sarı xəzəl xəstəsi.
Bir neştərlik yaradır, bitişmək istəməyən,
Yalnızlıq havasında dinər üsyan bəstəsi.
Çəhrayı pəncərədən baxan gözün unutmaz,
Miyanə düşüncələr gizlənərlər kölgədə.
Bir asi də özündən yazıb, geri qayıtmaz:
"Ömrünü uzatmağa gəlmişdim mən bəlkə də“...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 22-04-2025 12:40
Baxış sayı: 3619Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























