Bu gün Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin sədri, Yazıçılar Birliyinin üzvü, Dədə Şəmşirin yadigarı Qənbər Qurbanovun doğum günüdür. Ömrünün 27 ildən çoxunu Kəlbəcərsiz keçirməyə məcbur qalan el ağsaqqalının həsrətinə son qoyuldu. Bu ilki doğum gününü böyük sevinclə qarşılamaq düşdü qismətinə, ulu yurdu Kəlbəcər azadlığına qovuşdu. "Kəlbəcər düşmən işğalından azad olunsun, hamımız gedək doğma torpaqlarımıza, ömrümüzü yaxşı başa vuraq.

"Qüdrətli, şanlı,müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın qədim şəhəri,Qarabağımızın mədəniyyət beşiyi olan Şuşamızı düşmən işğalından azad etdi. 28 illik həsrətimizə son qoyuldu. Mənim yuxularım çin oldu! Gözün aydın Azərbaycan xalqı! Eşq olsun Müzəffər Azərbaycan Ordusuna! Xalqımızı Moskvadan bu böyük qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm!" Dalidag.az bildirir ki, bu sözləri tanınmış şair, Rusiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü,

unutsaq, unudularıq... Ayrılıq həsrətinin qara yeli yamanca əsdi... Qələmimin qan ağladığı günlərin şahidi və Kəlbəcərinin əsil şəhidi *... Hamı haqqında yazan, özündən yazılmayan Kifayət Umudqızının ömür və yaradıcılıq yoluna düşən işıqdan görünənlər, yadda qalanlar... *...Dindirməyin, misralarım qan ağlayır qəmli sətirləriylə ağlayan və ağladan, “...Qərib gecələrimin qonaqları”nın yaddaşında qalan, qələmiylə qəlblərə yol açıb, Haqqa qovuşan, Azərbaycan Radiosunun “qaraca qızı” – Kifayət

QƏLƏBƏ TVİTLƏRİ Murovun, Dəlidağın üstündən çəkilir çən, Qəddini yavaş-yavaş dikəldir yorğun Vətən. İntizarı dağılır yad olmuş sahillərin Süsləndikcə üçrəngli bayraqla Xudafərin. Otuz il ümid verib bizi susduran susur, Ümidini qırdıqca Azərbaycan ordusu. Bayram havası gəzir şəhərləri, kəndləri Paylandıqca hər axşam qələbə tvitləri. Ax dünya, qəddar dünya, əsiridir yalanın, Başını əzib keçmir bu zəhərli ilanın, Köhnə səlib havası dolaşdıqca başında Neçə ölkə səf tutur yenə din savaşında. Tanrı

Gənc şair Eşqin Məmmədov Vətən müharibəsində şəhid olmuş dostu İlkin Abbasovun ürəyindən keçən son sözlərini şeirə çevirib. Dalidag.az həmin şeiri təqdim edir: BİR DAHA Bəlkə mənə tanrı rəva bilmədi, Dərəmmədim bu gülləri, bir daha. Bu şeirin başqa cürdür qisməti, Ovundurar könülləri, bir daha.Həyat bir iblisdir, işi xatalı, Ömrüm ötür tufanlarda bəlalı. Doğmalarla, həm atalı, analı, Çətin tapam o günləri, bir daha.Hələ deyilməmiş neçə sözüm var, Bir övlad axtaran qəmli gözüm var, Hər daşda,

BU GECƏ ŞUŞANI QAYTARIRDILAR Gözəl insan, gözəl şair Ramiz Qusarçaylının “Qaytarın, Şuşamı, qaytarın mənə” şeirinə Bu gecə Şuşanı qaytarırdılar, Millət qayıdırdı yurduna sarı. Gəlib mənzilinə çatmışdı artıq, Mənim gözlədiyim həsrət qatarı. Dərdi sökülürdü bənövşələrin, Eyni açılmışdı Xarıbülbülün. Elə bil ömrünə ömür gəlmişdi, O yarı çiçəyin, yarı bülbülün. Bu gecə Şuşanı qaytarırdılar, Bu qərib gecədə yuxuya bir bax. Başı papaqsızlar durub gəlmişdi, Hər kəsin başında bir yekə papaq. Lazım da

"...Hər üçümüz min kilometrlərə aralıda bu bir damcı torpağı öpüb, ağladıq..." Dalidag.az gənc yazar Eşqin Məmmədovun hekayəsini təqdim edir: VƏTƏN TORPAĞI 1970-ci il. Sovetlər ölkəsi. Hər il olduğu kimi bu il də, yenə hərbi çağrış üçün ailələrə "povestkalar" göndərilirdi. O zamanlar bizim kəndimizdə poçtaliyon Həmid dayı idi. Səhər qapının üstündəki poçt qutusuna nəzər yetirəndə, məktub gəldiyini gördüm. Məktubun üstü ən sevdiyim markalardan biri ilə bəzədilmişdir. Mən məktubun üstünü

Tanınmış şair Namiq Dəlidağlının yeni kitabı nəşr edilib. Dalidag.az -ın məlumatına görə, kitaba müəllifin seçilmiş şeirləri və son illərdə qələmə aldığı yeni poeziya nümunələri daxil edilib. Qeyd edək ki, bu il N.Dəlidağlının yubiley ilidir. 50 yaşı tamam olan şairin yeni kitabını yubiley hədiyyəsi, həm də oxucularına hesabat kimi qəbul etmək olar. Kitabın redaktoru və ön söz müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent İlham Məmmədlidi. Dalidag.az

Xəbər verdiyimiz kimi prezident İlham Əliyev 17 oktyabr 2020 -ci il tarixdə Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin komandiri, general-mayor Hikmət İzzət oğlu Mirzəyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalamışdır. ADPU-nin dosenti Mirvari Verdiyeva bu münasibətlə general-leytenant H.Mirzəyevi təbrik edib. O duyğularını sözə çevirib, təbrikini şeir dilində ünvanlayıb. Dalidag.az həmin şeiri oxuculara təqdim edir: XÜSUSİ TƏYİNATLI Xüsusi təyinatım

"...Sən bir soyuq ulduz, mən gözlərinəm, Eybi yox, mənimçün həmişə varsan. Sıxma ürəyimi, ürək cəhənnəm, Axı sən ordasan, sən sıxılarsan..." Dalidag.az Seyran Səxavətin şeirlərini təqdim edir: ŞƏHƏR Şəhər əsəblərin yığıldığı Nəhəng ambardı. Nə qədər böyük olsa O qədər də dardı. Bizdə də bir şəhər vardı… Şəhər Kiril əlifbasındakı Böyük «Q» hərifidi, istəsən asa bilərsən özünü, sınayarsan taleyini bəlkə qırıldı kəndir. Başını aşağı sal, ehmalca endir. Şəhər Kiril əlifbasındakı Böyük «T» hərifidi-
Yazı axını