"Keçib candan, birdən mələk oluram..." - Sülhiyyə Musaqızı
30-05-2025 11:38
Sülhiyyə MusaqızıSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Sülhiyyə Musaqızı yaradıcılığından:
* * *
Tanrım, bilirsənmi, gündə neçə yol,
Dara çəkir yazmadığım söz məni,
Can alır, can verir gündə neçə yol,
Şeir, bir Sən olub öldürür məni?
Neçə yol mən oluram, sən oluram,
Olumda, ölümdə var, yox oluram,
Keçib candan, birdən mələk oluram,
Söz doğulur, ölür ağlayır məni?
Ölmüşəm kimi ağ da bağlayır məni,
Qoyub ürəyi darda ağlayır məni,
Tanrım, bilirsənmi gündə neçə yol,
Söz qaraya büküb dağlayır məni,
Fikirə can qatır ,dözüm söz olur,
Məzmun, xəyal, duyğu ağlayır məni,
Eldən keçən ürəyimə dərd olur,
Göydən yaşın töküb, ağlayır məni?
Gündüzlər gecənin ahını alır,
Ruhdan keçən şeir ağlayır məni,
Könlümə qan vurur ağlayır məni,
Yuxudan buta gəlir bağlayır məni?!
Tanrım, bilirsənmi, gündə neçə yol,
Dara çəkir yazmadığım söz məni,
Can alır, can verir gündə neçə yol,
Şeir, bir Sən olub öldürür məni?
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 30-05-2025 11:38
Baxış sayı: 3766Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















