"Ayrılığı andırır zülmətin melodiyası..." - Elbariz Məmmədli
02-06-2025 09:50
Elbariz MəmmədliSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Elbariz Məmmədli yaradıcılığından:
ÖLÜRÜK PAYIZ-PAYIZ...
Sarı-sarı yarpaqlar qopub ələnir yerə,
Ağaclar çəkir cana payızla gələn qəmi.
Günlər də ömrümüzdən bax, beləcə sovuşur,
Dolan gözlərimizdə sozalır ümid nəmi.
Hardasa külək əsir, hardasa yağış yağır,
Yuyur sahildə dalğa son ayaq izlərini.
Qaralan buludların çiynində yükü ağır,
Dəli ağlamaq tutub göylərin gözlərini.
Gecədə tənhalıq var, hər yanı həsrət basıb,
Ayrılığı andırır zülmətin melodiyası.
Durnalar köç eləyir könlünü göyə qısıb,
Səsində dəstəsindən düşüb qalanın yası.
Dağlara qırov düşür, zirvə duman içində,
Buludlar çəpərləyir günəş ilə bağını.
Hər şey öz hayındadı, hər ümid öz köçündə,
Ağaclar yelə verir sonuncu yarpağını.
Suya həsrət səhratək çəmənin rəngi bomboz,
Yoxdu qəmini çəkən sozalan çiçəklərin.
Candakı tənhalığı indi gəl, ümidə yoz,
Görən halı necədi, könlü-gözü təklərin?
Ağac budaqlarında yalqız yuvalar qərib,
Dimdik-dimdik daşınan tənhalıqdan sökülür.
Meşələr örpəyini ayaq altına sərib,
Küləklərin önündə yumaq kimi bükülür.
Ucqarlarda soyuqdu qar qapını kəsdirib,
Şaxta ulduza dönüb əsgər papaqlarında.
Dünyanın qara əli qara yellər əsdirib,
Əllərimiz tətikdə yurdun uzaqlarında.
Dünya da payız üzlü, rahatlığa təşnədi,
Sabaha arzuları yanır şərin əlində.
Deyəsən, bu dəfə də haqqın sözü keçmədi,
Ölürük payız-payız əməllərin əlində...
Sarı-sarı yarpaqlar qopub ələnir yerə,
Ağaclar çəkir cana payızla gələn qəmi.
Günlər də ömrümüzdən bax, beləcə sovuşur,
Dolan gözlərimizdə sozalır ümid nəmi.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 02-06-2025 09:50
Baxış sayı: 3360Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















