Reklam
"Tanrı gondərmişdi bu eşqi bəlkə..." - Aləmzər Sadıqqızı
01-06-2025 10:21
Aləmzər SadıqqızıSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Aləmzər Sadıqqızı yaradıcılığından:
TANRI BİTİRDİ...
Nə səndən öncəsi, nə də sonrası,
Kimsəni sən qədər sevə bilmədim...
Bəlkə də darıxdım, bəlkə üzüldüm,
Yaşaya-yasaya ölə bilmədim.
Tanrı gondərmişdi bu eşqi bəlkə,
Ondan hər əmrinə boynumu əydim...
Mənim qala kimi divarlarımı,
Uçurub əlimlə könlünə gəldim.
Gözündə gördüyüm o atəş ki var,
Hələ də içimdə şam kimi yanır.
Sən bəlkə bir özgə gözə baxırsan,
Mənimsə ürəyim hey səni anır.
Mənim gözlərimin qaçan yuxusu,
Hələ gecələrə nağıl danışır.
Hələ xatirələr içimi didir...
Adın çəkiləndə dünyam qarışır.
Hanı gözlərində bircə mən idim...
Hanı məndən özgə doğman yox idi...
Bu dünya əzəldən sevgi qənimi,
Bəlkə də bu eşqi Tanrı bitirdi...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 01-06-2025 10:21
Baxış sayı: 3461Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























