Reklam
"Dəniz varmış gözümüzün yaşında..." - Yusif Hüseyn
29-05-2025 10:21
Yusif HüseynSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Yusif Hüseyn yaradıcılığından:
DAŞA DÖNDÜK, BU SEVDANIN BAŞINDA...
Bu məhəbbət nə çətinmiş, nə ağır,
Bu talehdən bəxtimizə daş yağır.
Bu sevgidə nə əvvəl var, nə axır,
Sən baharda...mənsə ömrün qışında,
Daşa döndük, bu sevdanın başında...
Daş ürəyin sevgisi də daş olar,
Daş ürəkdə bahar olmaz, qış olar,
Qismət bəzən əl çatmayan quş olar.
Deyirlər ki, sevdası var quşun da,
Daşa döndük bu sevdanın başında...
Çox sevgidən çox bəxtəvər yarıdı,
Yarımayan bizim kimi qarıdı,
Ömür ki var, məhəbbətlə yarıdı.
Dəniz varmış gözümüzün yaşında,
Daşa döndük bu sevdanın başında...
Mən ağılsız, daş ürəkdən pay umdum,
Sevgi umdum, haray umdum, hay umdum,
Sən bahardan qış ömrümə yay umdum.
Deyərdilər, qisməti var daşın da,
Daşa döndük bu sevdanın başında...
Mən bu dağda, sən o dağda gülüydün,
Çiçək kimi çəmənlərlə biriydin,
Yusif üçün oba idin, eliydin.
Harda qaldın, ömrün yarı yaşında?!
Daşa döndük, bu sevdanın başında...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 29-05-2025 10:21
Baxış sayı: 3509Yazı axını
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
30 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
Ən çox oxunanlar
01-10-2026 22:01





























