Reklam
"Bu yağış içində islanıram mən, birinci- sonuncu xatirəyəcən..." - Səfər Rzasoylu
23-04-2025 14:14
Səfər Rzasoylu Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir sovqatı Səfər Rzasoylu yaradıcılığından:
YAĞIŞ, SƏN... YAĞIŞ
Yağışsa hey yağır, yağır doymadan,
Çırpır dörd bir yana səs əllərini.
Üfüqdən, qürubdan, torpaqdan, otdan
Silir tanrının da əl izlərini.
Yerləri, göyləri alıb əlinə
Haçana, haraya yağır bu yağış.
Azıb zamanını, bugün yerinə
Dünənə - geriyə yağır bu yağış.
...Bu yağlş altında nəfəs dərmədən
Qaçmaq istəyirəm ta Son sirrəcən.
Bu yağış içində islanıram mən-
Birinci- sonuncu xatirəyəcən.
Geriyə, geriyə azır bu yağış;
Qadın gülüşünü, qız baxışını
Göz yaşı, yerişi, yalvarışını—
Bütün görüşləri, ayrılıqları
Silir, unutdurur, pozur bu yağış.
Bir sənə, bir sənə yaxına gəlmir.
Tək sənə, tək sənə toxuna bilmir.
Sənin barmaqların, sənin əllərin
Tək sənin tellərin qupquru qalır.
Tək sənın tellərin qalır qupquru-
Qurutmaq istəyir, əsib, yolumu.
Bu dünya necə də tərs kimi durub
Sən keçən tərəfə kəsib yolumu.
Yağışsa hey yağir yağır doymadan,
Hürküdür dünyanın dənizlərini.
Üfüqdən, qürubdan, torpaqdan, otdan
Silir tanrının da əl izlərini.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 23-04-2025 14:14
Baxış sayı: 3721Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























