"Dağlara yazılıb ağacın səsi, sükutun qoynunda şeir misalı..." - Eyvaz Əyyub
27-04-2025 13:24
Eyvaz ƏyyubSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Eyvaz Əyyub yaradıcılığından:
* * *
Yanar ocağına su səpib getdik,
Səni yandırdığın ağac qorudu.
Bəlkə də getməyə yeri olmayıb,
Qoynuna sığındı, səndən yarıdı.
Paslanmış sobadan doğulmuş cansan,
Hər yarpaq sayıtək qəhrəman yaşar.
Tək qalmaq çətindi od alsan belə,
Dost yaxın gələndə canda can yaşar.
Viran bir obanın qəlbitək döyər,
Pas içrə bir soba - keçmiş izidi.
Ağac kök salaraq hüzurla boylan,
Həyatın əlləri səni gözlərdi.
Kül olur xatirə, küləkdə uçar,
Sükut danışanda yurdun adıdır.
Paslı dəmir içrə dirilən həyat,
Dözümün, ümidin tək nişanıdır.
Dağlara yazılıb ağacın səsi,
Sükutun qoynunda şeir misalı.
Ocaqlar öləndə təbiət deyir:
“Həyat hər döyüşdə çıxar qalalı.”
Hər paslı dəmirə can verən torpaq,
Şəhid qanı ilə suvarılmadı?!
Bu ağac, bu külək deyir bizlərə:
"Özgürlük ölməzdir, haqq çağırandı".
Dönmək ümidimin yaşıl yarpağı,
İsinməz eşqimin izləri səndə.
Bir külfət gözünü sənə dikmişdi,
Yaşarır ağacın gözləri səndə.
Dağların qoynunda gözlədin bizi,
Ay doğma ocağım, yuxudan oyan.
Sobada bitməyin çətinlikləri,
Şaxtada açanın hamına bəyan...
Kəlbəcər dağında döyüşkən ruhlar,
Yağı əzmimizi qana bilmədi.
Çayın sahilində quruyan ağac,
Sobanın içində yana bilmədi...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 27-04-2025 13:24
Baxış sayı: 3322Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















