Reklam
"Damla-damla pay bölürük Tanrıyla..." - Şəfa Vəli
18-04-2025 11:30
Şəfa VəliSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Şəfa Vəli yaradıcılığından:
* * *
İtirilmiş şəhərləri okeanlarda axtarıb
Səhralarda tapırıq...
Səncə, bu, sevgi deyil?!
Harda bir ovuc gülüş var
Gözlərimizlə qapırıq...
Səncə, bu, sevgi deyil?!
"Ağ yuyub qara sərdiyim"
Sənsizliyin qucağına
Bir körpə şəkli qoymuşam...
Dünən də xəyalımda
Şuşaya qədər qaçmışam,
Cıdır düzünün köksündə
Şeir süfrəsi açmışam...
Səncə, bu, sevgi deyil?!
Şeir-şeir, nəğmə-nəğmə
Öldürürlər şairləri
Bütün gözəl oxucular...
İlk şeiri yazanların
Son misrası ağı olub;
Unudulmur ağıçılar...
Səncə, bu, sevgi deyil?!
Dəməşqdə bir qız ağlayır,
İstanbulda layla deyir bir nənə...
Bizim evə yağış damır;
Damla-damla pay bölürük Tanrıyla:
"Biri sənə, biri mənə..."
Səncə, bu, sevgi deyil?!
Məncə,
Sevgidir, sevdiyim...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 18-04-2025 11:30
Baxış sayı: 3415Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























