Reklam
"Hamı öz-özünə ömürlük məhkum..." - KƏRAMƏT
25-04-2025 11:05
KƏRAMƏTSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Kəramət yaradıcılığından:
HAMI İÇİNƏ ÇƏKİLİB-SON LİMANA
Gördüyün dağlar da yerində deyil
hördüyün saçlar da pırpızlaşıb
zənci saçına dönüb yaz duyğuları
qış dumanı qarışıb yaz dumanına.
Birdəfəlik canlı şpris...
öz yerində deyil bu şəhərin,
bir küçənin, bir evin sakinləri.
başqa yerə işləyir işçilər,
vergilər, bank faizləri.
Ayırmaq olmur qız oğlanları, oğlan qızlar.
Dollarla hesablayır adamlar adamları.
bir ormana kök atmır ağacları.
durğu işarələri götürülüb aramızdan
təkcə durnalar pozmayıb öz səfini.
hamı öz-özünə ömürlük məhkum
dışarı çıxsa, sərhədi pozmuş olar.
sərhəd dirəkləri belə qaçıb
əynində tikanlı məftillər, qanı axa-axa.
yeraltı dünyaya-zirzəmi kafelərə çəkilmişəm
hamı içinə çəkilib-son limana.
kimsə kimsənin kitabını oxumur
fatehəsi oxunub romantikanın...nostalji.
kimsəsi yox kimsənin
öz-özümlə danışıram, küsüşürəm-barışıram, mən də..
sən gördüyün dağlar yerində deyil.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 25-04-2025 11:05
Baxış sayı: 3563Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























