Reklam
"Xəyal qayığında oturar gözüm..." - Gülnar Ümid
20-04-2025 14:21
Gülnar ÜmidSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Gülnar Ümid yaradıcılığından:
BİR YER GÖSTƏR GÖZLƏRİMİ ASMAĞA
Mən sevəndə xatırlamırdım səni,
İtirəndən yaddaşımdan çıxmırsan.
Darıxmaq da ürəyimi kiçildib,
Darıxanda ürəyimə sığmırsan.
Gecə ayın göy üzündə kölgəsi,
Günəş çıxar, izi itər hər səhər.
Bir yer göstər gözlərimi asmağa,
Özüm qurudaram hər gün birtəhər.
Bir az danışaram, dəniz dinləyər,
Bir az da danlayar Xəzri, Giləvar.
Gecə təkliyinə çəkilər süfrəm,
Səndən söhbət açar çayla gilənar.
Onda bax çiynimin yükü yorulub,
Bir az dincəlməkçün dizimə çökər.
Baxar, dinləməyə kimsəsi yoxdur,
Ürək dərdlərini içinə tökər.
Bir ümid aparar özüylə məni,
Gəzdirər şəhəri səndən bixəbər.
Xəyal qayığında oturar gözüm,
Kirpiklər yuxumun avarın çəkər.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 20-04-2025 14:21
Baxış sayı: 3333Yazı axını
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15




























