Reklam
"İnlə, kaman..."- Fərid Muradzadədən yeni şeirlər
09-09-2022 17:34
Dalidag.az Fərid Muradzadənin yeni şeirlərini təqdim edir:
ƏLVİDA İŞ YERİM, ƏLVİDA MASAM
Sözün düzün deyib düzdə qalmışam,
Namərd yuvasında, daldalanmışam,
Uçrumdan dərəyə yomalanmışam,
Yəqin bir də bura qayıtmayacam.
Əlvida iş yerim, əlvida masam.
Zalımın məzluma sus deməsinə,
Mənliyin yerlərdə sürünməsinə,
Haqsızın haqq adlı məhkəməsinə,
Vicdan yol vermədi, lal olam, susam,
Əlvida iş yerim, əlvida masam.
Adəm babamızın törəməsində,
Nə fitnələr varmış bir biləsən də,
Mən çörək kəsdiyim dost süfrəsindən,
Gərək yediyimi qaytaram, qusam,
Əlvida iş yerim, əlvida masam.
Ruhunu şeytana satanı gördüm,
Qibləsin paraya tutanı gördüm,
Şeytana daş atan şeytanı gördüm,
Gedirəm, gördüyüm dərdləri yazam,
Əlvida iş yerim, əlvida masam.
İNLƏ, KAMAN!
"İnlə kaman, inlə kaman!
Heç bir zaman görmədiyim biri üçün darıxıram" (İlhamə Quliyeva)
İnlə kaman, inlə kaman,
Heç bir zaman görmədiyim biri üçün daılxıram...
İnlə kaman!
Kövrək-kövrək, ürkək-ürkək,
Ürəyimin məhrəm olan guşəsində,
Dəli ruhun, dərviş ruhun sığındığı hücrəsində
baş qaldıran,
qaranlığa nur çiləyən,
günəş kimi səhər doğan
Sevgi üçün darıxıram…
Günəş batıb, ay çıxanda,
Axşamları tək qalanda
Bircə kəlmə sözü üçün,
Tutmadığım əli üçün,
Atəşində əridiyim gözü üçün,
Özü üçün darıxanda
anlatmaqçün hisslərimi,
Kobudlaşmış əllərimlə
Simlərinə güc vuranda
İnlə, kaman!
Ürəyimin döyüntüsün dinlə, kaman!
İnlə , kaman! Darıxıram!
Mən ömrümün yaz fəslini yaşamadım,
Seçdiyimin, sevdiyimin tellərini daramadım,
Əllərini oxşamadım…
Həsrət qaldım
Vaxtsız gələn məhəbbətin
Yetmədiyim vüsalına…
Hayqır kaman! İnlə, kaman!
Sən halıma ağla kaman!
İnlə, kaman!
Taleyimin nəğməsini sən çalırsan,
O görünməz qismətimin, qədərimin yazısını sən yazırsan!
Yaza-yaza sızlayırsan!
Oyum-oyum oyulursan,
Sən musiqi sədasında sovrulursan.
Harayınla könüllərdə
Dua kimi oxunursan,
Öz odunda qovrulursan,
Köz ürəyin atəşinə yaxılırsan
Pərvanə tək…
İnlə, kaman!
Bizim həsrət nəğməmizi
Ünvanına tez aparsın sabah yeli,
Bu nəğmədən ilham alsın,
Qoy çağırsın bülbül gülü
Gül bilsin ki, nələr çəkir ondan ötrü yazıq bülbül,
Can yandırır, könül yaxır
İstədiyi bir qızılgül…
İnlə, kaman! İnlə, kaman!
Cismim ilə, ruhum ilə,
sənin həsrət musiqinə sarılıram
İnlə kaman,inlə kaman,
Heç bir zaman görmədiyim biri üçün darıxıram...
İnlə, kaman, inlə, kaman!
Fərid Muradzadə
17.06.2022
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 09-09-2022 17:34
Baxış sayı: 3378
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02