Reklam

"Söz verib gedən oğlan..." - Şəhid Daşqın Şəfiyevin mövludu günüdür
23-08-2022 17:16

Vətən müharibəsi şəhidi Daşqın Şəfiyevin mövludu günüdür.
Dalidag.az xatırladır ki, Daşqın Hidayət oğlu Şəfiyev 22 avqust 1989-cu ildə anadan olub.
O, 27 sentyabr 2020-ci il tarixdə başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarına könüllü olaraq qatılıb. 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda igidliklə vuruşub.. Qubadlı və Laçın istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 05 noyabr 2020-ci il tarixdə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 06 noyabr 2020-ci il tarixdə Samux rayon Seyidlər kəndində dəfn edilib.
Ölkə rəhbərinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və "Qubadlının azad olunmasına görə" medalları ilə, 05 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

"...Əziz və dəyərli dostlar. Bir qız status paylaşıb ki, 30 ilə alınmayan Qarabağı aldılar, məni alan olmadı. Mən burdan o xanıma səslənirəm: -Gözəl insan, gözəl xanım, sən gecə-gündüz dayanmadan əsgərlərimiz üçün dua elə, Qarabağ alınsın, sən yerin dibində olsan da, axtarıb-tapıb səni mən özüm alacam. Narahat olma", - deyən Şəhid Daşqın Şəfiyevin unudulmaz xatirəsinə.
SÖZ VERİB GEDƏN OĞLAN
Savaşda Ana yurdun
dadına yetən oğlan.
Canı, qanı, ruhu,
varlığı-Vətən oğlan!
Vətənlə bir can oldun,
gülləyə nişan oldun.
Sinəsi şan-şan oldun,
yaralı bədən oğlan!
-Onu alacam- dedin,
yalanmı çıxdı vədin?!
Niyə geri dönmədin,
dönmədin nədən, oğlan?!
O qız pozdumu andı,
kim deyir adaxlandı?!
Dönəcəksən - inandı,
söz verib gedən oğlan...
Dalidag.az



Yazı axını
01 / 12 / 2023
30 / 11 / 2023
30 / 11 / 2023
29 / 11 / 2023
29 / 11 / 2023
28 / 11 / 2023
27 / 11 / 2023
27 / 11 / 2023
26 / 11 / 2023
25 / 11 / 2023
25 / 11 / 2023
25 / 11 / 2023
24 / 11 / 2023
24 / 11 / 2023
24 / 11 / 2023
24 / 11 / 2023
22 / 11 / 2023
Ən çox oxunanlar