Reklam
Azərbaycanlı şairlərin Türkiyədə kitabı çap olundu - Şəkillər
25-06-2022 18:28
Azərbaycanlı həkim-şair Nazilə Gültac və Türkiyəli şair-tərcüməçi Coşkun Karabuludun birgə həyata keçirdikləri "Könül yolçuları" layihəsi çərçivəsində Türkiyədə nəşr olunmuş azərbaycanlı qələm adamlarının şeir və hekayələrindən ibarət "Baküden Fethiyeye Gönül köprüsü" kitabı müəlliflərə təqdim olunub.Dalidag.az xəbər verir ki, antologiyada şairlərdən Kəmalə Abiyeva, Nazilə Gultac, Əzizə Ağahüseynqızı, Sevinc Qərib, Afət Viləşsoy, Namiq Dəlidağlı, İbrahim İlyaslı, Qəzənfər Məsimoğlu, Nizami Muradoğlu və Məmmədyar Məmmədyarlının şeirləri, eləcə də yazıçı Günel Natiqin hekayələri yer alıb.

Müəlliflərdən bəzilərinin bir araya gəldiyi tədbir, açıq havada keçirildi. Təqdimat mərasimində kitab haqqında fikirlər söylənildi, qardaş ölkə ilə ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və inkişafı haqqında müzakirələr aparıldı.
Kitabda seirləri çap olunan, dünyasını dəyişmiş şair dostlar Nizami Muradoğlu və Məmmədyar Məmmədyarlı ehtiramla anıldı, xatirələr dilə gətirildi.
Tədbirdə həmçinin, gələcək planlardan, layihələrdən danışıldı. Könül yoçuluğunun əbədi və sarsılmaz olması diləyi ilə yekunlaşan görüş xatirə şəkilləri ilə tarixin yaddaşına köçdü.
Sevinc Qərib
Dalidag.az









Kateqoriya: Poeziya-nəsr
Tarix: 25-06-2022 18:28
Baxış sayı: 3815Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























