Reklam

Bu gün Dünya Poeziya Günüdür
21-03-2022 18:35

Dalidag.az xəbər verir ki, YUNESKO-nun 1999-cu ildə keçirilən 30-cu iclasında hər il martın 21-i “Beynəlxalq Poeziya Günü” elan edilib.
Bu əlamətdar günün qeyd olunmasında məqsəd milli, regional və beynəlxalq poetik hərəkata yeni impuls verməkdir.
Poeziya ən qədim zamanlardan başlayaraq insanın mənəvi ehtiyacına çevrilib, onun arzu və istəklərini, duyğu və düşüncələrini, sevinc və kədərini poetik özünəməxsus şəkildə büruzə verib.
Dünyanın bir sıra mədəni xalqlarının ədəbiyyatı kimi, bəşəriyyətin söz xəzinəsini zənginləşdirən Azərbaycan poeziyası da xalqımızın tarixi qədər qədim, mənəviyyatı qədər zəngindir. Azərbaycanda poeziyanın ilk nümunələri şifahi xalq ədəbiyyatı nümunələri olan bayatılar, holavarlar, sayaçı sözləri və digər mövsüm-mərasim nəğmələridir.
Azərbaycanın Nizami, Füzuli, Nəsimi, Vaqif, Sabir, Vurğun və digər klassik şairlərinin poeziyası hafizələrdə, ürəklərdə yaşayaraq insanları sevməyə, gələcəyə, həyata səsləyir.
Xalqımız öz qüdrətli sənətkarlarının xatirəsini daim uca tutur, onların poeziyasını qoruyaraq nəsildən-nəslə ötürür.
Azərbaycan şairləri, bütövlükdə, Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatının inkişafına güclü təsir göstərib, özünəməxsus poeziya məktəbi yaradıblar.
Dalidag.az



Yazı axını
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar