Reklam

Qarabağ həqiqətlərindən bəhs edən əsərlərin təqdimatı keçirilib - ŞƏKİLLƏR
14-01-2022 18:43

Əsərlərin təqdimat mərasimində Laçın rayon icra hakimiyyəti, rayon Təhsil Şöbəsinin nümayəndələri, Laçından olan ziyalılar və tanınmış şəxslər, müharibə veteranları iştirak edib.
Müəllif Rəfiqə Nəcəfova bildirib ki, iki hissəli əsər vətənpərvərlik mövzusunda yazılmış tarixi romandır. Əsərdə təsvir olunan 266 obrazın böyük əksəriyyəti real, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən qəhrəmanlardır. Hər iki kitab Azərbaycan tairixini özündə təcəssüm etdirir, burada 1992-2000-ci illərdə olan hadisələr öz əksini tapıb.
“Şəhid yurdum” kitabında ərazilərimizin işğalına qədər olan xüsusi ilə, Laçın, Şuşa, Kəlbəcər və Qubadlıda cərəyan edən hadisələrdən, “Qisas qiyamətə qalmaz” adlı tarixi əsərdə isə işğaldan sonrakı dövrdən bəhs edilir. Vətən müharibəsində qazandığımız tarixi qələbədən bəhs edən və əsərin üçüncü hissəsi olan “Qalib xalqım” kitabı üzərində iş gedir.

Sonda əsərin müəllifi Rəfiqə Nəcəfova Azərbaycan Respublikası Təhsil Nazirliyi, Laçın Rayon Təhsil şöbəsinin Fəxri Fərmanı ilə təltif edilib.
Qeyd edək ki, “Şəhid yurdum” kitabı 10 avqust 2017-ci ildə, “Qisas qiyamətə qalmaz” romanı isə 2021-ci ildə nəşr olunub.
Dalidag.az






Yazı axını
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
26 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
24 / 07 / 2025
24 / 07 / 2025
23 / 07 / 2025
Ən çox oxunanlar