Reklam
"Müzəffər Ordumuz, qalib Ordumuz" - Fərid Muradzadə
18-11-2021 12:28

"...Üçrəngli bayrağı Şuşaya sancdı,
Müzəffər Ordumuz, qalib Ordumuz!.."
Müzəffər Ordumuz, qalib Ordumuz
Düşməni çökdürüb gətirdi dizə,
Zəfəri həkk etdi tariximizə,
Qələbə sevinci yaşatdı bizə,
Müzəffər Ordumuz, qalib Ordumuz!
Çiynində dayaqdır Allahın əli,
Şəhidin son sözü,qazinin dili
SöylədiI-“İrəli! Yalnız irəli!”
Müzəffər Ordumuz, qalib Ordumuz!
Şəhidlər şəhadət şərbəti daddı,
Qazilər and içdi,andını tutdu,
Tarixə zəfərlə imzasın atdı,
Müzəffər Ordumuz, qalib Ordumuz!
Qaldırıb havaya”İtiqovan”ı,
Göstərdi necəymiş hünər meydanı,
Əzmiylə çaşdırdı bütün dünyanı,
Müzəffər Ordumuz, qalib Ordumuz!
Sən ey qurd ürəkli, aslan biləkli,
Qələbə əzmli, qalib sevincli,
İki min doqquz yüz səkkiz şəhidli,
Müzəffər Ordumuz, qalib Ordumuz!
Torpağa and içmək qədim inancdı,
Torpağa and içdi, dağdan yol açdı,
Üçrəngli bayrağı Şuşaya sancdı,
Müzəffər Ordumuz, qalib Ordumuz!
Fərid Muradzadə
08.11.2021
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 18-11-2021 12:28
Baxış sayı: 3422Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























