Reklam
Paşa Talıblı: "Mən yalnızam qurd-quş kimi..."
23-02-2021 19:20
"...mən kiməm hər adam bilməz,mən olan bilir mən kiməm"
Dalidag.az Paşa Talıblının şeirlərini təqdim edir:
***
...Qərib göyün ölüsüyəm,
qərib quşların dirisi.
Rəngi həm solğun...və rəngsiz
həm sarıköynək sarısı.
...cam istədim, mey istədim,
mən naləmə ney istədim.
...istədim,çox şey istədim—
məndə ürəyin irisi!
...sərxoşam nə sərxoş kimi,
bihudə...nə bihuş kimi.
...mən yalnızam qurd-quş kimi—
böylə, mən böylə birisi.
***
...Gecənin məhrəm üzünə
gün olan bilir mən kiməm.
...baxdığı güzgülər göynən
tən olan bilir mən kiməm.
...biləndə göy enib...gedən,
əyninə geyinib gedən,
özündən geniyib gedən-
gen olan bilir mən kiməm.
...bilməyənlər atam, bilməz!
Fəryadam mən, dadam...bilməz.
...mən kiməm hər adam bilməz,
mən olan bilir mən kiməm.
Paşa Talıblı
Rusiya,Volqoqrad şəhəri
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 23-02-2021 19:20
Baxış sayı: 3378Yazı axını
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















