"Sən məndə göy üzündəsən, mən bəlkə səndə yerdəyəm..."- Yeni İmza

16-02-2021 15:47
İncəsənət və ədəbiyyat bir-birini tamamlayır. Elə bu xüsusdandır ki, ədəbi imzalar arasında rəssam-şair kimi tanınanlar da var. 
Dalidag.az-ın təqdim etdiyi gənc də fırçayla qələmi bir arada tutmağa çalışır. Rəsm və söz... əslində, söz də şəkildir, duyğuların şəkli. Rəvan Xəyal sözün şəklini necə çəkir, siz oxucuların ixtiyarına veririk. Şeirlərindəki nöqsanların, əskik olan texniki, poetik nüansların gələcəkdə olmaması diləyilə, gənc istedada uğurlar arzulayır və müsbətə doğru dəyişəcəyinə inanırıq.

Rəvan Naməddin oğlu Şakərimli 02.06.1991-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində dogulub. Orta təhsilini Vəndam qəsəbə 1nömrəli orta məktəbində alıb. 2009-cu ildə Mingəçevir Turizm Kollecinin Dekorativ tətbiqi sənət fakultəsinə qəbul olunub. Həmin ilin oktyabr ayında hərbi xidmətə çagırııb. 2011-ci ilin aprel ayinda ordudan təxris olunub və kollecdə təhsilini davam etdirib. 2015-ci ildən İsmayıllı regional bölməsinin tabeliyində olan Qəbələ Rəsm Qalereyasında rəssam kimi fəaliyyətə başlayıb.

Sevinc QƏRİB

Otağımla söhbətim 

Salam divar, salam qapı, pəncərə
Gəlmişəm ki, siznən bir az danışım.
Dərdim çoxdur, bölüşməyə kimsə yox
Təkcə sizsiz mənim dostum, tanışım.
 
Yenə bu gün darıxmagı kim buraxıb otağa,
Axşamacan düşünmüşəm yaşadığım hər ani.
Divar, səndə günah yoxdur, utanma əbəs yerə.
Mən qapıda, pəncərədə axtarıram nöqsanı.
 
Bir gün belə xəyalların əlindən,
Bu otaqda rahatlıq tapmiram mən.
Dəli kimi danışıram hər gecə,
Səhərcən oyağam, yatmıram mən.
 
Xoş baxmışam dərdlərimin üzünə,
Ona görə kədər qonub üzümə.
Bəxtim kimi qanım qaradır hər gün,
Xeyli vaxtdır gələnmirəm özümə.
 
Bağlamışam otagımın qapısın,
Qoymuram ki, çıxa çölə dərdimi.
Mən dərdimi saxlamışam özümə,
İstəmirəm kimsə bölə dərdimi.

Mənə səni sevmək günah 

Öz-özümlə danşıram,
Gülür mənə əlim,qolum.
Sözlər qalır ürəyimdə,
Axı necə rahat olum?
 
Mənə səni sevmək günah,
Sən mənə yasaq birisən.
Donub mənim ayaqlarım,
Bacarırsan get, yeri sən.
 
Bircə dəfə söylə mənə,
Mən səninçün kiməm,nəyəm.
Sən məndə göy üzündəsən,
Mən bəlkə səndə yerdəyəm.
 
İkimizdə anlayırıq,
Bu olanlar düzgün deyil.
Sən və mənnən biz olarmı?
İnanmıram, mümkün deyil.
 
İndi bircə təsəllinən,
Yaşamağa güc taparam.
Kaş bilim ki, ürəyində,
Bir zərrədə olsa varam.

Nə gözəldir dəli olmaq 


Nə gözəldir dəli olmaq,
Bu nə böyük xoşbəxtlikdir.
Nə darıxmaq sənlik deyil,
Nə unutmaq sənlikdir.
 
Yaxın otur dəli adam,
Mən bu tanışlığa şadam.
Danış görüm, necə olur dəli olmaq?
De, ən yaxşı səhər, yoxsa gecə olur dəli olmaq?
 
Öyrət mənə, mən də bir az dəli olum,
El içində qoy desinlər dəli mənə.
Təki məndən bütün dərdlər uzaq olsun,
Heç birinin qoy çatmasın əli mənə.
 
Öz-özümə danışıram, dəli öz hayındadı
Olmayan maşınına o, sərnişin axtarir.
Deyir gəlin oturun, sonra yer olmayacaq,
Saat da gecə olur, maşın çıxır, az qalir.
 
Elə bu dəliyə də, bu kücəyə də yadam,
Çıxım gedim evimə, qorxuram yolu azım.
Məndən dəli də olmaz, nədə ki, xoşbəxt adam,
Gedim qatım başımı, yeni şeirlər yazım.















Rəvan Xəyal 
Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 16-02-2021 15:47
Baxış sayı: 3372
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını