Reklam
"Əlindən gələni səkkiz qaba çək, sənin də ipini buraxdım, dünya!"- Famil Müseyibov
14-02-2021 13:50
Çoxlarının dil tapdığı bu "ipək-mələk" dünyayla nədəndirsə Famil Müseyibov dil tapa bilmir. Günah hansındadı, deyə bilməyəcəyik. Özü-sözü bir dünya olan F.Müseyibovun minbir dona girən dünyayla yola gedə bilməməsi, həqiqətin yalanla barışmazlığı kimidi. Dünya da az aşın duzu deyil. İpinin üstünə odun yığmaq olmayan gidi dünyayla dostluq- doğmalıq məcaz daşıyır.Dalidag.az Famil Müseyibovun dünyaya dediklərini oxuculara təqdim edir:
***
Sənin iç üzünü tanıyanadək,
Bulandım, duruldum, çox axdım, dünya!
...Əlindən gələni səkkiz qaba çək-
Sənin də ipini buraxdım, dünya!!!!
Dərd dolu heybəmi atıb çiynimə,
Mənim öz yolum var- qalxıb gedirəm.
Zatıqırıqlığın deyil eynimə-
Tüpürüb üzünə, çıxıb gedirəm!
Cöx qoydum səninlə çomaq-çomağa,
Sonadək savaşa bilmədim, dünya!!!Əlində əyilib döndüm yumağa...
...Səninlə barışa bilmədim,dünya!!!
Mən sənə alışa bilmədim, dünya..
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 14-02-2021 13:50
Baxış sayı: 3564Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























