Reklam
"Göz qırpmadan hər an şəhid olanlar, hər otda, çiçəkdə, güldə yaşayır"
06-02-2021 15:36
Canını Vətən uğrunda fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyir, onların ailə üzvlərinin əlindən öpürəm. Biz bundan sonrakı həyatımız boyu şəhidlərimizə, qazilərimizə, eləcə də bütün əsgər və zabitlərimizə borcluyuq. Şəhidlərimizə həsr etdiyim şeir ürəyimdən gəldiyi üçün dostlarla bölüşməyi özümə borc bildim. Qarabağ uğrunda şəhid olanlar
Bir dastana dönüb eldə yaşayır.
Əlli milyon xalqın övladı olub
Hər biri minlərlə evdə yaşayır.
Zəngilanı, Qubadlını alanlar,
Şuşamızda qələbəni çalanlar,
Göz qırpmadan hər an şəhid olanlar
Hər otda, çiçəkdə, güldə yaşayır.
Onlar yaşayırlar duada, andda,
Bizimlə birdilər azad həyatda.
Elimin qurduğu toyda, büsatda,
Oqtayın sazında, teldə yaşayır.
Oqtay SALAHLI
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 06-02-2021 15:36
Baxış sayı: 3348Yazı axını
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
07 / 05 / 2026
06 / 05 / 2026
05 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15




























