Reklam
"İllərin səddini sözümlə qıram, açam misralarla bağlı yolları..."- Xatirə Yusif
01-02-2021 13:50
Dəfələrlə yazılarımda vurğulamışam ki, Kəlbəcər şairlər oylağı, söz-sənət məkanıdı. Sübuta ehtiyacı olmayan bu həqiqəti ədəbi mühitə azdan-çoxdan bələd olan hər kəs təsdiqləyə bilər. Tanrı Kəlbəcəri möcüzə olaraq yaratdı. İnsanları da bir ayrı möcüzə olan torpağın danışan təbiətinin duyğulara qanad verməməsi mümkünsüzdü. Odur ki, sazın-sözün beşiyi Kəlbəcərdə ayrıca ədəbi mühitin formalaşması da qaçılmazdır. Ədəbiyyata bənzərsiz imzalar bəxş edən fərqli, seçilən mühitin yetirməsi olan qadın şairlər də var ki, heç də kişi şairlərdən geri qalmırlar. İstedadı, özünəməxsus poeziyası ilə şeir dünyasına gözəllik qatan onlarca müəllifi nümunə göstərmək olar. Bu gün o imzalardan birinin söz dünyasına üz tutduq. Söz çələngindən ömür hörən Xatirə Yusifin doğum günüdü bu gün. Kəlbəcərdə doğulub, minlərlə yurddaşı kimi o da 28 ilə yaxın yurd həsrəti çəkib. Nisgilini, göynəyini sözlə ovutmağa çalışıb. Şeirləri ilə yaşayıb, həsrətinin bitəcəyi günə ümidini söykəyib, acısını, ağrısını içində boğub. Şükür ki, söykəndiyi ümid sonunda qələbə çaldı. O inləyən, haray çəkən yurd yerlərimiz azadlığına qovuşdu. X. Yusifin də həsrətinin sonu gəldi, bircə Kəlbəcərə getmək qalır... O gün də uzaqda deyil.
Dalidag.az dəyərli yurddaşımız, istedadlı şair Xatirə Yusifi doğum günü münasibətilə təbrik edir, yaradıcılıq uğurları, sevinci bol ömür arzulayırıq. Kəlbəcərdə görüşənədək! Müəllifin şeirlərindən bir neçə nümunəni oxucuların ixtiyarına veririk. Bu da bizim hədiyyəmiz olsun.
Sevinc QƏRİB
Səni
Ay dərdi bol könlüm, dərd üzdü səni,
Ağlatdı, sızlatdı dərd əzdi səni,
Axtardım hər yerdə dördgözdü səni,
İncidib yormuşam boşuna səni,
Dolanım, ay könül, başına sənin.
Bölündüm ikiyə, yarım can oldum,
Sənə ürək oldum, yarım, can oldum,
Qəhrini çəkməkdən yarımcan oldum,
Neylədim gəlmədi xoşuna sənin,
Dolanım, ay könül, başına sənin.
Boranın, çiskinin, çənin olmuşam,
Saçında ağaran dənin olmuşam,
Əzəldən mən sənə qənim olmuşam,
Bənzətdim ömrümün qışına səni,
Dolanım, ay könül, başına sənin.
Dərd ilə bir gündə dünyaya gəldim,
Dərd ilə dərdimin bağrını dəldim,
Dərd ilə ağladım, dərd ilə güldüm,
Bələdim gözümün yaşına səni,
Dolanım, ay könül, başına sənin.
Baxma yalvarışa, baxma haraya,
Sarıq da yapışmaz belə yaraya,
Dörd yanım uçurum, sıldırlm qaya,
Yaradan döndərə daşına səni,
Pir deyəm dolanam başına sənin,
Dolanım, dolanım ay könül, başına sənin.
Bir günü qıymadın
Sən məni anlayıb duymamısansa,
Sən məni həmdəmin saymamısansa,
Sən mənə bir günü qıymamısansa,
Mən sənə bir ömrü nəcə qıyım bəs?!
Zindana döndərdin mənə həyatı,
Bəzədi ömrümü köhnə bayatı,
Mənə qıymadınsa bircə saatı,
Mən sənə bir ömrü necə qıyım bəs?!
Səndən can istədim, canı qıymadın,
Bol etdin zülməti, danı qıymadın,
Sen mənə ömründən anı qıymadın,
Mən sənə bir ömrü necə qıyım bəs?!
Mənsiz necə yaşadın
Ay bəxtindən, taleyindən küsənim,
Qismətindən əl götürüb üzənim,
Dərdlərini sətirlərə düzənim,
Bu həsrətin yükünü tək daşıdın,
Söylə görüm,mənsiz necə yaşadın?!
Düşündükcə boğdu səni qəm- qəhər,-
Yuxuların çin olaydı bir səhər,
Soruşmuram yaşamısan nə təhər?!
Danladılar tay- tuşların, yaşıdın,
Söylə görüm mənsiz necə yaşadın?!
Dedilərmi unut getsin bu sevgi,
Aranızda ölsün-itsin bu sevgi,
Bir son ver ki, daha bitsin bu sevgi,
Mən dərd verdim, sən dərdlərə naşıdın,( naşıydın)
Söylə görüm mənsiz necə yaşadın?!
Günahım çox, cəzamı ver çəkim mən,
Lap istərsən qarşında diz çöküb mən,
Sənə həsrət gözlərimi töküm mən,
Qaysaq tutmaz yaram vardı,qaşıdın,
Söylə görüm mənsiz necə yaşadın?!
Dünya səndən doymuşam
Yuxum ərşə çəkilir,
Söz sarayım sökülür,
Dərd üstümə tökülür,
Narahatam bu axşam,
Dünya, səndən doymuşam.
Didələnən yaram-qan,
Yatağında verir can,
Nə həkim var, nə loğman,
Can ağrıyır, naxoşam,
Dünya, səndən doymuşam.
İtib-abrın,ismətin,
Yoxdu qədir-qiymətn,
Daddırdığın həsrətin,
Gözlərini oymuşam,
Dünya,səndən doymuşam.
Qucağında yerim yox,
İtib ağlım, sərim yox,
Da atmağa zərim yox,
Yek veribdi şeş qoşam,
Dünya, səndən doymuşam.
Kiminə güc olmusan,
Kimə nadinc olmusan,
Yamanca bic olmusan,
Yalanına uymuşam,
Dünya, səndən doymuşam.
Azərbaycan
Adın mənim şöhrət-şanım,
Suyun,havan can dərmanım,
Uğurunda var qurbanım,
Fəda olsun sənə bu can,
Canım qurban, Azərbaycan.
Yığaq yurda köçümüzü,
Düşmən görür gücümüzü,
Alacağıq öcümüzü,
Uddururuq yağıya qan,
Canım qurban, Azərbaycan.
Hərb meydanı-hünərimiz,
Hər qayası səngərimiz,
Ər oğullar əsgərimiz,
Al qisası!-çatıb zaman,
Canım qurban, Azərbaycan.
Bizim savaş haqq savaşı,
Türk oğlunun Türk qardaşı,
Daş üstündə qoyma daşı,
Düşməninə vermə aman,
Canım qurban, Azərbaycan.
Dalğalansın bayrağımız,
Allah olsun dayağımız,
Azad olur torpağımız,
Sərkərdəmiz- Baş Komandan,
Canım qurban, Azərbaycan.
Tarix yazır şanlı Ordum,
Zəfər sənin,Ana Yurdum,
Xilaskarın İlham oldu,
Qələbənə verdi fərman,
Canım qurban Azərbaycan.
Sən Qalibsən, Azərbaycan!
Yarı yolda qaldım lələ...
Dərd əlində qaldı yaxam,
Tükənmişəm, daha yoxam,
Dizim tutmur yoxuş çıxam,
Öz canıma özüm şələ,
Yarı yolda qaldım lələ.
Saçlarımda qışın qarı,
Ömür gedir, yox ilqarı,
Kükrəyəndə dağ çayları,
Daşqın çayda düşdüm selə,
Yarı yolda qaldım, lələ.
Çox tez düşdü heydən dizim,
Duman görür nurlu gözüm,
Qırışıbdı şümal üzüm,
Yelə verdim ömrü belə,
Yarı yolda qaldım lələ.
Şaxta demə, ayaz demə,
Əqli, ruhu dayaz demə,
Qara yazmış bu yaz demə,
Daş atıldı eldən- elə,
Yarı yolda qaldım, lələ.
Yayım döndü zimistana,
Qar ələndi bağ- bostana,
Dönüb könlüm qəbristana,
Yaşayıram ölə- ölə,
Yarı yolda qaldım, lələ.
Xatirə YUSİF
Dalidag.az
Dalidag.az dəyərli yurddaşımız, istedadlı şair Xatirə Yusifi doğum günü münasibətilə təbrik edir, yaradıcılıq uğurları, sevinci bol ömür arzulayırıq. Kəlbəcərdə görüşənədək! Müəllifin şeirlərindən bir neçə nümunəni oxucuların ixtiyarına veririk. Bu da bizim hədiyyəmiz olsun.
Sevinc QƏRİB
Yaza bilmədiyim şeir...
Yarımçıq yazılan şeir kimisən,
Söz tapa bilmirəm bitirəm səni.
Misramdan boylanan son sətirimsən,
Qorxuram bitirsəm itirəm səni.
Səni ilmə- ilmə toxudum bəndə,
Həsrətin rəng vurdu naxışlarıma.
Könlümün "Sən"adlı şah əsərində,
Çəkmişəm rəsmini baxışlarıma.
İstədim bitirəm,bir sona varam,
Nakam sətirlərim bənd ola barı.
İllərin səddini sözümlə qıram,
Açam misralarla bağlı yolları.
İnanma Xatirə ağ günə çıxa,
Yarımçıq sevgidən yarıyanmı var.
Bir sevda dəlisi çəkilib yoxa,
Soruşub, axtarıb, arıyanmı var.
Xəyalımla söhbət...
Yenə xəyallarım baş alıb gedir,
Düşəcək yollarda çisəyə,çənə,
Yenə xatirələr üz-üzə gəlir,
Mən niyə bağlandım, mən niyə sənə.
Enişi,yoxuşu, dərəsi, düzü,
Səni dolaylarda axsadacaqdı.
Görsə cığırında bir naşı izi,
Yolları üzünə bağladacaqdı.
De, nəyə gərəkdi, axı təzədən
Ya izə düşəsən, ya da sorağa.
Perik düşəcəksən özün- özündən,
Gözlərin yolları çəkər varağa.
Yenə xəyallarım baş alıb gedir...
Görünmür gözünə nə boran,nə qar.
Gəlsən xəyalımı özünlə gətir,
Yolunu gözləyən bir Xatirən var.
Yenə xəyallarım baş alıb gedir,
Düşəcək yollarda çisəyə,çənə,
Yenə xatirələr üz-üzə gəlir,
Mən niyə bağlandım, mən niyə sənə.
Enişi,yoxuşu, dərəsi, düzü,
Səni dolaylarda axsadacaqdı.
Görsə cığırında bir naşı izi,
Yolları üzünə bağladacaqdı.
De, nəyə gərəkdi, axı təzədən
Ya izə düşəsən, ya da sorağa.
Perik düşəcəksən özün- özündən,
Gözlərin yolları çəkər varağa.
Yenə xəyallarım baş alıb gedir...
Görünmür gözünə nə boran,nə qar.
Gəlsən xəyalımı özünlə gətir,
Yolunu gözləyən bir Xatirən var.
Ölürəm
O yerlərin vurğunuyam əzəldən,
Dərd sinəmi indi dəlir, ölürəm.
Ayrı düşdüm dağlar adlı gözəldən
Həsrətimi aləm bilir, ölürəm.
Salamlaya səhər- səhər meh məni,
İsladaydı çəmənlərdə şeh məni,
Heç oxşamır hər deyilən "bəh"məni ,
Çuçəklərin ətri gəlir, ölürəm.
Darıxıram gün qüruba dönəndə,
Həsrət könlüm intizardan dinəndə,
Xəstə olub baş yastığa enəndə,
Göz yaşımı yadlar silir, ölürəm.
Torpağımın bircə daşı olmayan,
Əhli- haldı dərdə naşı olmayan,
Ay Xatirə, ağıllı, huşu olmayan,
Ruşxənd edib mənə gülür,ölürəm.
Səni
Ay dərdi bol könlüm, dərd üzdü səni,
Ağlatdı, sızlatdı dərd əzdi səni,
Axtardım hər yerdə dördgözdü səni,
İncidib yormuşam boşuna səni,
Dolanım, ay könül, başına sənin.
Bölündüm ikiyə, yarım can oldum,
Sənə ürək oldum, yarım, can oldum,
Qəhrini çəkməkdən yarımcan oldum,
Neylədim gəlmədi xoşuna sənin,
Dolanım, ay könül, başına sənin.
Boranın, çiskinin, çənin olmuşam,
Saçında ağaran dənin olmuşam,
Əzəldən mən sənə qənim olmuşam,
Bənzətdim ömrümün qışına səni,
Dolanım, ay könül, başına sənin.
Dərd ilə bir gündə dünyaya gəldim,
Dərd ilə dərdimin bağrını dəldim,
Dərd ilə ağladım, dərd ilə güldüm,
Bələdim gözümün yaşına səni,
Dolanım, ay könül, başına sənin.
Baxma yalvarışa, baxma haraya,
Sarıq da yapışmaz belə yaraya,
Dörd yanım uçurum, sıldırlm qaya,
Yaradan döndərə daşına səni,
Pir deyəm dolanam başına sənin,
Dolanım, dolanım ay könül, başına sənin.
Qarşılaşaq ölməmiş...
Dedim Allah bir möcüzə yarada,
Bəlkə biz də qarşılaşaq ölməmiş.
Gülüm, vallah günah olar, suç olar,
Ölüb getsək bir- birini görməmiş.
Çox çəkdirdi bu ürəyim gözümə,
Ha danladım,heç baxmadı sözümə,
Bir vəd verdim yenə özüm- özümə,
Can verməyim sən yanıma gəlməmiş.
Heç demədim baxışıma-az ara,
Ötür- keçir qarlı qışı,-yaz ara,
Gedəmməzdim bu nisgillə məzara,
Varlığını, yoxluğunu bilməmiş.
Bir günü qıymadın
Sən məni anlayıb duymamısansa,
Sən məni həmdəmin saymamısansa,
Sən mənə bir günü qıymamısansa,
Mən sənə bir ömrü nəcə qıyım bəs?!
Zindana döndərdin mənə həyatı,
Bəzədi ömrümü köhnə bayatı,
Mənə qıymadınsa bircə saatı,
Mən sənə bir ömrü necə qıyım bəs?!
Səndən can istədim, canı qıymadın,
Bol etdin zülməti, danı qıymadın,
Sen mənə ömründən anı qıymadın,
Mən sənə bir ömrü necə qıyım bəs?!
Mənsiz necə yaşadın
Ay bəxtindən, taleyindən küsənim,
Qismətindən əl götürüb üzənim,
Dərdlərini sətirlərə düzənim,
Bu həsrətin yükünü tək daşıdın,
Söylə görüm,mənsiz necə yaşadın?!
Düşündükcə boğdu səni qəm- qəhər,-
Yuxuların çin olaydı bir səhər,
Soruşmuram yaşamısan nə təhər?!
Danladılar tay- tuşların, yaşıdın,
Söylə görüm mənsiz necə yaşadın?!
Dedilərmi unut getsin bu sevgi,
Aranızda ölsün-itsin bu sevgi,
Bir son ver ki, daha bitsin bu sevgi,
Mən dərd verdim, sən dərdlərə naşıdın,( naşıydın)
Söylə görüm mənsiz necə yaşadın?!
Günahım çox, cəzamı ver çəkim mən,
Lap istərsən qarşında diz çöküb mən,
Sənə həsrət gözlərimi töküm mən,
Qaysaq tutmaz yaram vardı,qaşıdın,
Söylə görüm mənsiz necə yaşadın?!
Dünya səndən doymuşam
Yuxum ərşə çəkilir,
Söz sarayım sökülür,
Dərd üstümə tökülür,
Narahatam bu axşam,
Dünya, səndən doymuşam.
Didələnən yaram-qan,
Yatağında verir can,
Nə həkim var, nə loğman,
Can ağrıyır, naxoşam,
Dünya, səndən doymuşam.
İtib-abrın,ismətin,
Yoxdu qədir-qiymətn,
Daddırdığın həsrətin,
Gözlərini oymuşam,
Dünya,səndən doymuşam.
Qucağında yerim yox,
İtib ağlım, sərim yox,
Da atmağa zərim yox,
Yek veribdi şeş qoşam,
Dünya, səndən doymuşam.
Kiminə güc olmusan,
Kimə nadinc olmusan,
Yamanca bic olmusan,
Yalanına uymuşam,
Dünya, səndən doymuşam.
Azərbaycan
Adın mənim şöhrət-şanım,
Suyun,havan can dərmanım,
Uğurunda var qurbanım,
Fəda olsun sənə bu can,
Canım qurban, Azərbaycan.
Yığaq yurda köçümüzü,
Düşmən görür gücümüzü,
Alacağıq öcümüzü,
Uddururuq yağıya qan,
Canım qurban, Azərbaycan.
Hərb meydanı-hünərimiz,
Hər qayası səngərimiz,
Ər oğullar əsgərimiz,
Al qisası!-çatıb zaman,
Canım qurban, Azərbaycan.
Bizim savaş haqq savaşı,
Türk oğlunun Türk qardaşı,
Daş üstündə qoyma daşı,
Düşməninə vermə aman,
Canım qurban, Azərbaycan.
Dalğalansın bayrağımız,
Allah olsun dayağımız,
Azad olur torpağımız,
Sərkərdəmiz- Baş Komandan,
Canım qurban, Azərbaycan.
Tarix yazır şanlı Ordum,
Zəfər sənin,Ana Yurdum,
Xilaskarın İlham oldu,
Qələbənə verdi fərman,
Canım qurban Azərbaycan.
Sən Qalibsən, Azərbaycan!
Yarı yolda qaldım lələ...
Dərd əlində qaldı yaxam,
Tükənmişəm, daha yoxam,
Dizim tutmur yoxuş çıxam,
Öz canıma özüm şələ,
Yarı yolda qaldım lələ.
Saçlarımda qışın qarı,
Ömür gedir, yox ilqarı,
Kükrəyəndə dağ çayları,
Daşqın çayda düşdüm selə,
Yarı yolda qaldım, lələ.
Çox tez düşdü heydən dizim,
Duman görür nurlu gözüm,
Qırışıbdı şümal üzüm,
Yelə verdim ömrü belə,
Yarı yolda qaldım lələ.
Şaxta demə, ayaz demə,
Əqli, ruhu dayaz demə,
Qara yazmış bu yaz demə,
Daş atıldı eldən- elə,
Yarı yolda qaldım, lələ.
Yayım döndü zimistana,
Qar ələndi bağ- bostana,
Dönüb könlüm qəbristana,
Yaşayıram ölə- ölə,
Yarı yolda qaldım, lələ.
Xatirə YUSİF
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 01-02-2021 13:50
Baxış sayı: 3450
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02