Reklam
Onda Məmməd Aslan vardı, Kəlbəcər əlçatmazıydı, indi Kəlbəcər var...
23-12-2020 20:30
SÖZ dünyasında əlçatmazlıq zirvəsini fəth etmiş, Türk dünyasının böyük şairi, təpədən dırnağa SÖZ ADAM Məmməd Aslan günüdür bu gün.
Dalidag.az böyük ehtiram və sevgiylə Şairi anır. Nur içində yat, SÖZ ADAM!
Sevinc Qərib
NİYƏ İTİRDİN MƏNİ
Bir dəli rüzgara kökləndi könlüm,
Bilmirəm aparır,bu,hara məni.
Ay axşam ömrümün səhər günəşi,
Qaytar payızımdan bahara məni.
Yenə gözlərindən irağa düşdüm,
Bir yanar səhratək qurağa düşdüm,
İtirdim özümü,sorağa düşdüm,
Gətirdi həsrətin zinhara məni.
Ətək sən olardın,əl mən olardım,
Yanaq sən olardın,tel mən olardım,
Dilində ən şirin kəlmən olardım,
Sən hara itirdin,sən hara məni.
Məmməd xəyalınla min il qızınmış,
İnsanın ömründən eşqi uzunmuş,
Ürəyim arxanca körpə quzunmuş,
Gah itir gözündən,gah ara məni.
SƏN DEMƏ
Sən elə gözəlsən, elə göyçəksən,
Görüb gül üzünü, gül dandı könlüm.
Çiçək sözlərini yağdır üstümə,
Çiçəkli sözünə güldandı könlüm.
İntizar çəkməkdən min dağım çökdü,
Yolunmuş çəmənim ləçək-ləçəkdi,
Bu qədər ağrını-acını çəkdi,
Yenə xəyalınla ballandı könlüm.
Köhlən bildiyimiz, demə, yedəkmiş,
O şirin şərbətin bircə qədəhmiş...
Sözün də çiçəktək ömrü gödəkmiş,
Çiçək sözlərinə aldandı könlüm.
BU AXŞAMÜSTÜ
Sıxlaşır ömrümün ala - toranı,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Ovuda bilmərəm bu heyranlığı,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Payızdan könlümə çiskin çökəndi,
Səninçin gül olan mənə tikəndi,
Madam gediləsi yollar tükəndi,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Mənim iradəmə arzular dustaq,
Ərşə ucalarıq, bu hirsi udsaq.
Min həsrət doğular - bir addım atsaq,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Qırıldı günlərin nizam qoşunu,
Nə gedib, nə qalıb…bilir yaş onu.
Sabahsız bir axşam kəsib qarşını,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Həsrətin bayıla, bayılda məni,
Bayıldıb… təzədən ayılda məni,
Çətin yarıdarsan bu yolda məni,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Tale öz vaxtında gərək yetirə…
İnsana çətindi: tapa, itirə.
Mənə əzab qalar, sənə xatirə,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Daşa «göyər!» desən əlbət, göyərər,
Gözündə bu dünya Məmməd göyərər.
Könlünə nə səpsən, həsrət göyərər,
Niyə qarşılaşdıq bu axşamüstü?!
DƏRDDAŞIM DAĞLAR
Sizsiz yaşamağım - zindan əzabı;
Əgər yaşadığım yaşamaqdısa...
Fələklə könlümün qəmxarlığı var,
Göylərin gözündən yaşım axdısa.
Çiçək açmalıydı daşda diləyim;
Çiynimə qonmamış uçdu mələyim.
Hansı mərtəbədən, məqamdan deyim,
Təmələ hördüyüm daşım axdısa...
Mənimlə danışdı dağın hər daşı;
Sirr tutan dağların Məmməd - sirdaşı.
Bir kömək ummadan dərdini daşı,
Məqsədin dağ yükü daşımaqdısa.
SÖZÜN XƏTRİNƏ
Üçəm nida ilə bitirdim sözü,
Ölgün deyilən söz sədasız qalar.
Ədalı işlərdə çəki-düzən var,
Mitillər, məğmunlar ədasız qalar.
Sözü söz kimi de, hədəfə çatsın.
Arif kimsələrin döşünə yatsın!
İldırım çaxırsa, bir daş qopartsın,
Təsirsiz deyilən nidasız qalar.
Ömrüm bir gündən də kəm olur-olsun!
Nakəslər qəsdimə cəm olur-olsun!
Kimsəyə baş əyməm, kim olur-olsun!
Gedərəm, imanım xətasız qalar!
MƏNİM
Əlvan gül dənizi, çiçək dənizi,
Ətirli dalğalar dizimdən mənim.
Getməz bu yerlərin göyçək dənizi,
Ürəyimdən mənim, gözümdən mənim.
Yamacı çağırdım, dağı səslədim,
Cavab gələr deyə ümid bəslədim.
Bir çoşub-çağlayan nəğmə istədim:
Kəkliklər çıxmadı sözümdən mənim.
Yönəldim bulağa bir qurtum içim,
Yamac fərşə döndü, gül əlçim-əlçim.
Mən necə tapdayım, mən necə keçim,
Min naxış pozular izimdən mənim.
Qurşağı çəmənə sancılıb göyün,
Çiçəklər nazəndə, quşlar ərköyün.
Ürəyim yaylaqda itibdi bu gün,
Xəbərim olmayıb özümdən mənim.
TANIMADIN BƏS MƏNİ
Kaş biləsən qəlbən necə istərəm,
Məndən xəfif inciməni,küsməni.
Ürəyimin tellərində gizlərəm,
Yarpaq kimi nazlı-nazlı əsməni.
Meh olmuşam, öyrənmişəm çəm indi,
Səndən ayrı ta etmərəm qəm indi,
Heç demirsən bu çağırış kimindi,
Hardan səslər belə tanış səs məni.
Hər səninlə öpüşdükcə bulaqlar,
Duymursanmı bu öpüşdə nəsə var,
O Məmməddi, çeşmə kimi çağlayar,
Pıçıltımdan tanımadın bəs məni?
YAXŞI Kİ
Çəni tapan gündən kəsilib ağrım,
Könülümü göynədən bir intizarmış.
Mən elə bilirdim buza dönmüşəm,
Sən demə,sinəmdə tonqal yanarmış.
Günləri aylara zorla düyərdim,
Ömrün çiçək fəsli keçdi deyərdim,
Qurumuşdum,ülfətindən göyərdim,
Xoş gün görən kimi ürək baharmış.
Arxanca dünyanı gəzərdi Məmməd,
Yandı hicranına,közərdi Məmməd,
Pislərin əlindən bezərdi Məmməd,
Yaxşı ki,dünyada yaxşılar varmış.
ƏS, BAHAR NƏFƏSLİM
Sən mənə ömürsən,sən mənə bahar,
Sən elə bilmə ki,sən sənsən elə.
Çəmənin çiçəyi nəyimə gərək,
Mənə bənövşəsən,süsənsən elə.
Bir zərif qönçədən dodağın zərif,
Yanağında qoşa ulduz közərib,
Yanında laləyə söylədim tərif,
O vaxtdan inciyib küsənsən elə.
Tələs,harayıma çatmağa tələs,
Tez çatsan,qəm mənə girişə bilməz,
Əs,bahar nəfəslim,ürəyimə əs,
Haçandı bir əsim əsənsən elə.
KAŞ Kİ
Kaş ki bu xəyala o vaxt düşəydin,
Ömrümün bəxtəvər çağıydı onda.
Uğruma qəmlərdən qabaq düşəydin,
Gözlərin ömrümə yağıydı onda.
Yönü belə qəmədimi bu dağlar?,
Qəmə batma demədimi bu dağlar?,
Sənsiz qalan ümidimi bu dağlar,
Udub da üstümə şaxıdı onda.
O vaxtlar qəlbimə bir ay doğardı,
Üstümə nur yağar,ümid yağardı,
Darılmaz səbrimə dərya sığardı,
Ləşkər arzularım sağıydı onda.
Gözündə güləsi bir səhər idim,
Mən necə nurluydum,nə təhər idim,
Hələ yazılmamış bir dəftər idim,
Şehli gümanlarım ağıydı onda.
Arxanca çırpınıb sındı qanadım,
Polad sərtliyindən düşdü inadım,
Dünənimlə bu günümü qınadım,
Ürəyim dözümdə dağıydı onda.
Məmməd Aslan
Dalidag.az
Bu gün sözüylə əbədi yaşar Məmməd Aslanın doğum günüdür. Özü söz, sözü söz, ruhu söz adamın. Şair adamın, şeir adamın... Əslində şair sözü ilə doğulur, sözü ilə yaşayır. Və o doğuluşun bəlli bir tarixi olmaz...
Bəzən ölüm elə adamları ağuşuna alır ki, tək bir insanın, bir ailənin deyil, bütöv bir məmləkətin, dünyanın içinə boşluq düşür. Eynən onun yoxluğu kimi... Neçə illər Kəlbəcər həsrətiylə nə doğum günü bildi, nə könlü sevindi, nə üzü güldü. Onda Məmməd Aslan vardı, Kəlbəcər əlçatmazıydı, indi Kəlbəcər var, Məmməd Aslan Tanrının göy qatında. Ruhu dolaşan Kəlbəcərin azadlığını görmək nəsibi olmadı ölənəcən Kəlbəcər deyən şairin. Duydu dağların qürurunun qayıdışını, axan suların azadlıq nəğməsini, hiss etdi zəfəri. Ruhu şad oldu...Dalidag.az böyük ehtiram və sevgiylə Şairi anır. Nur içində yat, SÖZ ADAM!
Sevinc Qərib
NİYƏ İTİRDİN MƏNİ
Bir dəli rüzgara kökləndi könlüm,
Bilmirəm aparır,bu,hara məni.
Ay axşam ömrümün səhər günəşi,
Qaytar payızımdan bahara məni.
Yenə gözlərindən irağa düşdüm,
Bir yanar səhratək qurağa düşdüm,
İtirdim özümü,sorağa düşdüm,
Gətirdi həsrətin zinhara məni.
Ətək sən olardın,əl mən olardım,
Yanaq sən olardın,tel mən olardım,
Dilində ən şirin kəlmən olardım,
Sən hara itirdin,sən hara məni.
Məmməd xəyalınla min il qızınmış,
İnsanın ömründən eşqi uzunmuş,
Ürəyim arxanca körpə quzunmuş,
Gah itir gözündən,gah ara məni.
SƏN DEMƏ
Sən elə gözəlsən, elə göyçəksən,
Görüb gül üzünü, gül dandı könlüm.
Çiçək sözlərini yağdır üstümə,
Çiçəkli sözünə güldandı könlüm.
İntizar çəkməkdən min dağım çökdü,
Yolunmuş çəmənim ləçək-ləçəkdi,
Bu qədər ağrını-acını çəkdi,
Yenə xəyalınla ballandı könlüm.
Köhlən bildiyimiz, demə, yedəkmiş,
O şirin şərbətin bircə qədəhmiş...
Sözün də çiçəktək ömrü gödəkmiş,
Çiçək sözlərinə aldandı könlüm.
BU AXŞAMÜSTÜ
Sıxlaşır ömrümün ala - toranı,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Ovuda bilmərəm bu heyranlığı,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Payızdan könlümə çiskin çökəndi,
Səninçin gül olan mənə tikəndi,
Madam gediləsi yollar tükəndi,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Mənim iradəmə arzular dustaq,
Ərşə ucalarıq, bu hirsi udsaq.
Min həsrət doğular - bir addım atsaq,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Qırıldı günlərin nizam qoşunu,
Nə gedib, nə qalıb…bilir yaş onu.
Sabahsız bir axşam kəsib qarşını,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Həsrətin bayıla, bayılda məni,
Bayıldıb… təzədən ayılda məni,
Çətin yarıdarsan bu yolda məni,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Tale öz vaxtında gərək yetirə…
İnsana çətindi: tapa, itirə.
Mənə əzab qalar, sənə xatirə,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Daşa «göyər!» desən əlbət, göyərər,
Gözündə bu dünya Məmməd göyərər.
Könlünə nə səpsən, həsrət göyərər,
Niyə qarşılaşdıq bu axşamüstü?!
DƏRDDAŞIM DAĞLAR
Sizsiz yaşamağım - zindan əzabı;
Əgər yaşadığım yaşamaqdısa...
Fələklə könlümün qəmxarlığı var,
Göylərin gözündən yaşım axdısa.
Çiçək açmalıydı daşda diləyim;
Çiynimə qonmamış uçdu mələyim.
Hansı mərtəbədən, məqamdan deyim,
Təmələ hördüyüm daşım axdısa...
Mənimlə danışdı dağın hər daşı;
Sirr tutan dağların Məmməd - sirdaşı.
Bir kömək ummadan dərdini daşı,
Məqsədin dağ yükü daşımaqdısa.
SÖZÜN XƏTRİNƏ
Üçəm nida ilə bitirdim sözü,
Ölgün deyilən söz sədasız qalar.
Ədalı işlərdə çəki-düzən var,
Mitillər, məğmunlar ədasız qalar.
Sözü söz kimi de, hədəfə çatsın.
Arif kimsələrin döşünə yatsın!
İldırım çaxırsa, bir daş qopartsın,
Təsirsiz deyilən nidasız qalar.
Ömrüm bir gündən də kəm olur-olsun!
Nakəslər qəsdimə cəm olur-olsun!
Kimsəyə baş əyməm, kim olur-olsun!
Gedərəm, imanım xətasız qalar!
MƏNİM
Əlvan gül dənizi, çiçək dənizi,
Ətirli dalğalar dizimdən mənim.
Getməz bu yerlərin göyçək dənizi,
Ürəyimdən mənim, gözümdən mənim.
Yamacı çağırdım, dağı səslədim,
Cavab gələr deyə ümid bəslədim.
Bir çoşub-çağlayan nəğmə istədim:
Kəkliklər çıxmadı sözümdən mənim.
Yönəldim bulağa bir qurtum içim,
Yamac fərşə döndü, gül əlçim-əlçim.
Mən necə tapdayım, mən necə keçim,
Min naxış pozular izimdən mənim.
Qurşağı çəmənə sancılıb göyün,
Çiçəklər nazəndə, quşlar ərköyün.
Ürəyim yaylaqda itibdi bu gün,
Xəbərim olmayıb özümdən mənim.
TANIMADIN BƏS MƏNİ
Kaş biləsən qəlbən necə istərəm,
Məndən xəfif inciməni,küsməni.
Ürəyimin tellərində gizlərəm,
Yarpaq kimi nazlı-nazlı əsməni.
Meh olmuşam, öyrənmişəm çəm indi,
Səndən ayrı ta etmərəm qəm indi,
Heç demirsən bu çağırış kimindi,
Hardan səslər belə tanış səs məni.
Hər səninlə öpüşdükcə bulaqlar,
Duymursanmı bu öpüşdə nəsə var,
O Məmməddi, çeşmə kimi çağlayar,
Pıçıltımdan tanımadın bəs məni?
YAXŞI Kİ
Çəni tapan gündən kəsilib ağrım,
Könülümü göynədən bir intizarmış.
Mən elə bilirdim buza dönmüşəm,
Sən demə,sinəmdə tonqal yanarmış.
Günləri aylara zorla düyərdim,
Ömrün çiçək fəsli keçdi deyərdim,
Qurumuşdum,ülfətindən göyərdim,
Xoş gün görən kimi ürək baharmış.
Arxanca dünyanı gəzərdi Məmməd,
Yandı hicranına,közərdi Məmməd,
Pislərin əlindən bezərdi Məmməd,
Yaxşı ki,dünyada yaxşılar varmış.
ƏS, BAHAR NƏFƏSLİM
Sən mənə ömürsən,sən mənə bahar,
Sən elə bilmə ki,sən sənsən elə.
Çəmənin çiçəyi nəyimə gərək,
Mənə bənövşəsən,süsənsən elə.
Bir zərif qönçədən dodağın zərif,
Yanağında qoşa ulduz közərib,
Yanında laləyə söylədim tərif,
O vaxtdan inciyib küsənsən elə.
Tələs,harayıma çatmağa tələs,
Tez çatsan,qəm mənə girişə bilməz,
Əs,bahar nəfəslim,ürəyimə əs,
Haçandı bir əsim əsənsən elə.
KAŞ Kİ
Kaş ki bu xəyala o vaxt düşəydin,
Ömrümün bəxtəvər çağıydı onda.
Uğruma qəmlərdən qabaq düşəydin,
Gözlərin ömrümə yağıydı onda.
Yönü belə qəmədimi bu dağlar?,
Qəmə batma demədimi bu dağlar?,
Sənsiz qalan ümidimi bu dağlar,
Udub da üstümə şaxıdı onda.
O vaxtlar qəlbimə bir ay doğardı,
Üstümə nur yağar,ümid yağardı,
Darılmaz səbrimə dərya sığardı,
Ləşkər arzularım sağıydı onda.
Gözündə güləsi bir səhər idim,
Mən necə nurluydum,nə təhər idim,
Hələ yazılmamış bir dəftər idim,
Şehli gümanlarım ağıydı onda.
Arxanca çırpınıb sındı qanadım,
Polad sərtliyindən düşdü inadım,
Dünənimlə bu günümü qınadım,
Ürəyim dözümdə dağıydı onda.
Məmməd Aslan
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 23-12-2020 20:30
Baxış sayı: 4873
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02