Reklam
"Bu şanlı qələbənlə öyün, Türk oğlu, öyün..."- Mürvət Qədimoğlu Həkəri
21-12-2020 18:30
Dalidag.az Mürvət Qədimoğlu Həkərinin Vətən müharibəsində qazandığımız Böyük Qələbə sevincini əks etdirən şeirini təqdim edir:MƏNİM ZƏFƏR BAYRAMIM
Bu dünya görməmişdi hələ belə toy-düyün,
Sevincinə çevrildi bu sevinc yerin, göyün.
Bu şanlı qələbənlə öyün Türk oğlu, öyün,
Səs saldı bu dünyaya mənim hünər bayramım,
Mənim zəfər bayramım!
Şən günümdə yetişdi ər oğlu Ərdoğanım,
Dar günümdə başlara dolu kimi yağanım.
İlhamımın köksünə qardaş kimi sığanım,
Tarixdə tarix yazdı bax, bu səhər bayramım,
Mənim zəfər bayramım!
Sevinci yoxa çıxdı farsın, rusun, ərəbin,
Qışın oğlan çağında nur yaydı al səhərin.
Hər şeyi yaxşı görür uca Tanrım, o rəbbim.
Yox oldu ürəklərdə ta qəm-qəhər, bayramım,
Mənim zəfər bayramım!
Zəfər yazan uçaqlar havada havalandı,
Qurbaninin sədası göylərdə dalğalandı.
Yer üzündən yüksəlib səmalarda dolandı,
Göylərin göy qurşağı üç rəngıi bayrağım,
Mənim zəfər bayramım!
Tarixdə bir ilk oldu bu qələbə, bu zəfər,
Qəlblərə fərəh verir bu sevinc axşam, səhər.
Belə sevincə hələ qərq olmamışdır bəşər,
Tarix görməyib hələ buna bənzər bayramı,
Mənim zəfər bayramım!
Yerdə qalmadı qanı Mübarizin, Poladın,
Sevinclə əvəz oldu anaların fəryadı.
Bu gün Azərbaycanım dünyada bir dünyadı,
Yağıların ömrünə düsər, kəsər bayramım,
Mənim zəfər bayramım!
Ərənlərim hey qeyrət səngərində yatdılar,
Vuruşub gecə-gündüz arzu-kama çatdılar.
Neçələri rütbəyə, ada-sana çatdılar.
Kişiliyə, ərliyə verdi dəyər bayramım,
Mənim zəfər bayramım!
10.12.2020
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 21-12-2020 18:30
Baxış sayı: 3964Yazı axını
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
07 / 05 / 2026
06 / 05 / 2026
05 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15




























