Reklam

Mirvari Verdiyeva:"Hara ayaq basıramsa, o yerdə zəfər çalıram..."
19-10-2020 21:50

Dalidag.az həmin şeiri oxuculara təqdim edir:
XÜSUSİ TƏYİNATLI
Xüsusi təyinatım var...
İgidəm, gözə görünməz!
Cəbhə zolağın yarıram,
Ayaq səsim eşidilməz.
Düşməni boğub yataqda,
Geriyə dönərəm dinməz.
Yurdum azad olsun deyə,
Adətə sadiq qalıram!
Qisasa-qisas alıram!
Xüsusi təyinatım var...
Qatlamıram diz, keçirəm.
Mənim üçün fərqi yoxdur,
Dərə, təpə, düz keçirəm.
Qərargahları dağıdıb,
Qoymuram bir iz, keçirəm.
Hara ayaq basıramsa,
O yerdə zəfər çalıram.
Qisasa-qisas alıram!
Xüsusi təyinatım var...
Yağılardan öc alıram.
Qəfləti zərbə endirib,
Qəsbkardan bac alıram.
Mən bu torpağın oğluyam,
Torpağımdan güc alıram.
Qan tökənə qan uddurub,
Aralığa qan salıram!
Qisasa-qisas alıram!
Xüsusi təyinatım var...
Mənim üçün sərhəd yoxdur.
Yurdum qanla suvarılıb,
Soracaq hesabım çoxdur.
Qəlblərə qorxu salmışam,
Adım düşmən üçün oxdu!
Əzrayılam sizin üçün,
Ölüm təbilin çalıram.
Qisasa-qisas alıram!
Xüsusi təyinatım var...
Məndən aman gözləməyin!
Tanrının vuran əliyəm,
Radarları izləməyin!
Təşkilatlara hay salıb,
Yazıq-yazıq sızlamayın!
Yaradan hökmün oxuyub,
Rəbbimə sadiq qalıram!
Qisasa-qisas alıram!

Mirvari Verdiyeva
Dalidag.az



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
